Məmur oğlunun ailəsi Nigar Camalı döydü — OGLUMUZDAN əl çək

Azərbaycanın sevilən ulduzu döyülüb.

AzerTaym.az Ölkə.az-a istinadən xəbər verir ki, bir neçə ay öncə "Eurovision 2011" təmsilçimiz Nigar Camalın döyülmə xəbəri yayılmışdı. Bu günlərdə isə Azərbaycana qələbə sevinci yaşadan sənətçinin sevgilisinin qohumları tərəfindən hücuma məruz qaldığı məlum olub.

Həyat yoldaşından boşandığını ictimaiyyətə keçən il açıqlayan Nigar Camal Azərbaycanın yüksək vəzifəli məmurlarından birinin Türkiyədə yaşayan oğlu ilə eşq yaşayıb.

İfaçının yaxın çevrəsindən əldə olunan məlumatda bildirilir ki, Nigar Camal mütəmadi olaraq sevgilisi ilə Türkiyədə görüşüb. Sevgilisinin yüksək vəzifəli məmurun oğlu olması ona problemlər yaşadıb. 20-21 yaşlı subay övladlarının iki uşaq anası ilə görüşməsi oğlanın valideynlərini narahat edib. Valideynlər bunun qarşısını dəfələrlə almağa çalışsalar da cəhdləri boşa çıxıb. Sevgililəri ayırmaq mümkün olmayıb.

Cəhdlərinin boşa çıxdığını görən valideynlər çıxış yolunu Nigar Camalı qorxutmaqda görüblər. Bundan sonra ifaçı məmurun adamları tərəfindən möhkəm döyülüb. Həyati təhlükənin reallığını dərk edən ifaçı ayrılmaq qərarını verib.

Məsələ ilə bağlı Nigar Camalla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı. İfaçının yeni prodüseri isə saytımıza açıqlamasında hadisədən məlumatsız olduğunu bildirdi: "Mən Nigar xanımla çalışmağa yeni başlamışam. Sizin dediklərinizi ilk dəfədir eşidirəm. Ona görə də heç nə deyə bilməyəcəm", - deyəxəbəri nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, Nigar Camal 7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olub. 2005-ci ildə kiprli Haluk Camalla ailə qurub və İngiltərənin paytaxtı Londonda yaşayıb. Bu evlilikdən iki qız övladı var: Jasmin və Səidə.

P.S.Beləsinə bu da azdır....Yerini bilməzə gərək yerini bildirəsən.






Fikirlər