Bu xanıma Azərbaycanda yüksək VƏZİFƏ verildi
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini təyin edilib.
AzerTaym.az trend-ə istinadən xəbər verir ki, Agentliyə direktor müavini Bayramova Nigar Yusif qızı təyin edilib.
O, 1980-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə mühasib kimi başlayıb, 2010-2016-ci illərdə "PAŞA Sığorta" ASC-də baş mühasib vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayından etibarən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə - mühasibat şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəlidir, bir övladı var.