13 rəqəmi niyə nəhs sayılır? — İllüminatlar nəyi gizlətməyə ÇALIŞIRDILAR?
Bu gün ayın 13-ü cümə günüdür. Əslində bir çoxları bu təqvim gününü bədbəxt, qara gün sayır. Bir çoxları bu günün bitməsini səbrsizliklə gözləyir. İnanca əsasən, 13 rəqəmi nəhsdir və uğursuzluq gətirir. Əsasən də cümə günü təqvimdə ayın 13-nə təsadüf edirsə, evindən çıxmayan insanlara da rast gəlmək olur. Əslində reallıq nədir? Doğrudanmı, 13 rəqəmi nəhsdir? Belə məsələlərə inanmaq nə dərəcədə doğrudur? Bu barədə kiçik araşdırma apardım və bunu Ölkə.Az oxucuları ilə bölüşürəm.
Ümumi bilgilər Bəziləri 13 rəqəminə İblisin rəqəmi də deyir. Dini inanca əsasən, İblis ayın 13-ü, cümə günü Adəmlə Həvvanı yoldan çıxarmağa nail olub. Nəticədə Adəm və Həvva Cənnətdən qovulublar. Bundan başqa, İblis 13-cü mələk sayılır.
Əsasən Qərb ölkələrində 13 rəqəmi ilə bağlı qorxu var. ABŞ-da 13 nömrəli avtobus, vaqon və trolleybus, tramvay yoxdur. Təyyarələrdə, otellərdə 12-ci otaqdan sonra 14-cü nömrə gəlir. Xristian aləmində bəzi evlərdə 13 nömrəsi yoxdur. Qədim dövr və gizlin bilgilər Qədim dövrdə 13 rəqəminin uğur gətirdiyinə inanırdılar və bu rəqəmin insan həyatına müsbət təsir etdiyi inancı hakim idi. Amma bu barədə çox az adam məlumatlı idi. Bu səbəbdən bu rəqəmin istifadə edilməməsi üçün nəhsliyi haqqında şayiələr buraxdılar. Əslində 13 rəqəmi müqəddəs rəqəmdir. Amma qara qüvvələrin nümayəndələri illüminatlar bu rəqəmdən istifadə edərək gizli bilikləri insanlardan gizli saxladılar. Bu səbəbdən 13 rəqəmi hər zaman xüsusi və müqəddəs olub. Amma onu ya uğursuz, ya da nəhs sayırdılar. Qədim Yunanıstanda Tanrıların başçısı Zevsə 12 Tanrı tabe idi. 12+1=13. İsa Peyğəmbərin 12 həvarisi var idi. 12+1=13
Sofiya məbədinin 13 qübbəsi var. Xristianlar üçün 13 rəqəmi Bakirə Məryəmlə də əlaqəlidir. Bu missiyalardan biri İblisin boynunu vurmaqdır. 13 rəqəmi ali səviyyəyə keçidi təmsil edir. Müqəddəs İncildə Tanrının 13 əsas keyfiyyətindən söhbət açılır. İsa Peyğəmbər ayın 13-ü cümə günü çarmıxa çəkilib. Bundan başqa, xristianlıqda 13 rəqəmi satqınçılıq kimi qəbul edilib.
13-cü saat eyni zamanda birinci sayılır və bir sutkanın bitməsini, yenisinin başlanmasını simvolizə edir. 13 rəqəmi dövri prosesin-“ölüm-diriliş” rəmzi sayılır. Çin, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Koreya və Səudiyyə Ərəbistanında 13 rəqəmindən qorxmurlar. İtaliya və Çində 13 rəqəminə ənənəvi sevgi var. Çin dilində 13 müvəffəqiyyət qazanmaq mənasını verir. Honkonqda mobil şəbəkə istifadəçiləri 13 rəqəmi ilə başlayan və tərkibində 13 rəqəmi olan nömrə almağa çox həvəslidirlər. Çünki 13 rəqəmi uğur gətirir. Hind panteonunda 13 Budda var.
Yəhudilərin qədim Kabbala inancına görə, 13 rəqəmi faydalıdır. Çin falına görə isə 13 rəqəmi uğur gətirir. Amma gizli qüvvələr, qədim gizli təşkilatlar 13 rəqəmini kütlədən gizlətmək qərarına gəldilər. Məsələn, Tampliyerlər ordeninin məhvi 1307-ci ilin cümə günü, ayın 13-nə təyin edilmişdi. Bu, bütün Avropanın gözü qarşısında edildi. Tarix yadda qalsa da, sonra da unuduldu. Hadisəni tarixçilər belə qeydə alıblar: “1307-ci ilin 13 oktyabr tarixində Fransada dəhşətli hadisə oldu. Fransa kralı 4-cü Filipp Tampliyerlər ordeni ilə haqq-hesab çürütmək qərarına gəldi. Onun fikrinə görə, orden çox qüdrətli idi və kralın hakimiyyəti üçün təhlükə mənbəyinə çevrilmişdi. Tampliyerlərin Ali Magistri tonqalda yandırıldı. Bu hadisədən sonra cümə günü, ayın 13-ü insanları dəhşətə gətirirdi.
Eyni zamanda, qədim astek və Mayalılar üçün də 13 rəqəmi müqəddəs sayılırdı. Maya təqvimində 13 ay var. Bundan başqa, Mayada 13-cü bürc də var idi. Onların fikrinə görə, 13 rəqəmi səma ilə əlaqəlidir.
Kabbala Cənnətdə olan 13 səma fəvvarəsi, 13 mərhəmət qapısı, 13 balzam çayı barədə məlumat verir. Amerikada rəsmi olaraq 13 rəqəmi ilk birləşmiş ştatların sayıdır. 13 rəqəmi ABŞ gerbinin elementlərində də təqdim edilir. Qartalın başında 13 ulduz var. Bundan başqa, qartal sol qanadı ilə 13 ox tutub. Sağ qanadında isə 13 yarpağı və 13 meyvəsi olan zeytun budağı var.
Hətta “E plubrius unum” devizinin də tərkibində 13 rəqəmi var. Devizin tərcüməsi çoxundan biri deməkdir. Amerika bayrağında ağ və qırmızı zolaqların da sayı 13-dür.
13 rəqəmi bir çox 1 dollarlıq banknotların üstündə var. İsa Gizli Gecənin 13-cü qonağı idi. Ondan başqa, Gecədə 12 həvarisi iştirak edirdi. İsa adı yunan dilində 13 hərflə yazılır. Batini elmlərdə 13 rəqəmi 13 rəqəmi batini elmlərdə də böyük yer tutur. Bu barədə batini elmlərin araşdırmaçısı, Ölkə.Az oxucularına bir çox araşdırmaları ilə tanış olan İskəndər Tağıyevin də fikrini soruşdum.
İskəndər bəy bildirdi ki, əslində 12 rəqəmi 13 rəqəmini gizlədir. 13 rəqəmi əslində 12+1-dir. Bir isə yaradıcı Allahın aləmidir. İsa olmasa 12 apostol (həvari) da olmazdı. Məhəmməd peyğəmbər olmasa idi, 12 imam da olmazdı. Bu bütün dinlərdə belədir. 13 rəqəmi sakral rəqəmdir. Burada əsas rəqəm 13-dür. Əslində 13 rəqəmi 13 arxetipik aləmin rəmzidir. Orada bizim aləmimiz 3D kimi gedir. Zühur adlanan prosesdən sonra 13 adlanan aləm, 16 olacaq, yəni 15+1. Həyat sistemi daha da artacaq. Elə şeylər var ki, onu indi demək olmaz. Salvador Dalinin məşhur “Geopolitik uşaq yeni doğulan insana nəzarət edir” rəsmində də bu mövzuya toxunulub. Diqqət etsək görərik ki, yuxarıdan asılan çadırın 13 kənarı var. Yəni bəşəriyyətin Zühuru Yaradıcının nəzarəti altındadır.
Qnostiklərdən başqa, batini bilgiləri xristian aləmində XIX əsrdə yaranan teosofiya bilgiləri öyrənir. Yelena Blavatskaya teosofiya bilgilərini Hindistanda yaradıb. Bu bilgiləri adi insanlar yox, övliya səviyyəsinə çıxan insanlar bilə bilərdilər. Onların içərisində qadınlar çox az olub, Yelena Blavatskaya onların içərisində bir neçəsindən birisidir. Teosofiya bilgiləri əslində sintez bilgilərdir. Teosofiyanın tərkibində bir neçə məktəblər var, qnostisizm, hinduizm, buddizm, kabalizm, tarixə qovuşmuş Misir bilgiləri və Babil maqlarının bilgiləri. Bu məktəblərin bilgilərini Yelena Blavatskaya cəmləyib və "Taynaya Doktrina" (Sirli doktrina. 3 tonluq kitabdır) kitabında yazıb. Bu çağa qədər Yer kürəsində iki cür düşüncə var idi. Birinci dini düşüncə, ikincisi elmi düşüncə. Axır 100 ildə isə din və elmin qarışdığı düşüncə də meydana gəlib. İndiki mərhələdə batini bilgilərdən qaynaqlanan ezoterik bilgilər də yayılmağa başlayıb. Ezoterika düşüncəli insanlar 3-cü şüur təbəqəsində düşünən insanlardır. Yelena Blavatskaya "Taynaya Doktrina" kitabında 3-cü düşüncə, ezoterika düşüncəsinin bazasını yaradıb. Numerologiyaya görə isə, 13 əslində 4-ü ehtiva edir. 1+3=4. Ezoterikaya görə hər bir həyat forması, fərqi yoxdur, atomdan tutmuş kainata qədər, təkamül prosesi əsasında keyfiyyətcə dəyişilir. Bu keyfiyyət enerjilərin əsasında qurulur. Hələ Blavatskya göstərib ki, bizim günəş sistemimizdə 4 həyat forması zühur etməlidir. Bunlar atom, insan, planet və günəşdir. Atomun niyyəti insan olmaq, insanın niyyəti planet, planetin niyyəti günəş, günəşin isə niyyəti bürc olmaqdır. Bundan sonra isə bürc çalışır qalaktika olsun, qalaktika çalışır metoqalaktika olsun, metoqalaktika çalışır ki, kainat olsun. Bütün bu keçidlər təkamül dövrləri ilə bağlıdır. Əslində söhbət fiziki aləmdən yox, ruhların inkişaf təkamülündən gedir. Getdikcə ruhlar daha böyük həyat formasını idarə edə bilir. Bizim planetdə ilahi ruhlar 4 həyat formasında canlaşır: 1. Mineral həyat forması İndiki mərhələdə İnsan Ruhları, insan həyat formasını, canlaşmaları dövrünü bitirir. 5-ci Köklü İrq Dövrünün 33-cü Qohum İrqinin dövrü indiki zamanda bitir və bununla fiziki planda 5-ci Köklü İrqin mərhələsi bitir. Yer kürəsindən 5 irq keçib. Bizim yaşadığımız 5-ci irqin adı Ağ irqdir (arilər). 6-cı, 7-ci irq isə fiziki aləmdə yox, mənəviyyat aləmində, 5D deyilən Qlobusun Dövrünə düşür. Yəni bizim Yer kürəsinin ezoterik bilgilər baxımından 7 qlobusu var. Bizim planetin kodu 3D-dir. Ümumiyyətlə 13D var. Kainatın Zühurundan sonra 16D olacaq. İslama gəldikdə isə, İslam dinində belə bir anlayış yoxdur və heç bir rəqəm, heç bir gün nəhs, xoş gün sayılmır.
2. Bitki
3. Heyvan
4. İnsan həyat forması