Azərbaycanda uşaq "Kinder Joy” adlı şokoladlı yumurtadan zəhərlənib.
AzerTaym.az xəbər verir ki, bu barədə "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkədə yazıb:
"Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən "Hengen” şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür”.
E. Hüseynov qeyd edib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz küçəsi, mənzil 6 ünvanında yaşayan Babayev Xəyyam Əmrulla oğlu tərəfindən birliyə daxil olan müraciət araşdırılıb. Müraciət edən şəxs bildirib ki, Xətai metrosu yaxınlığında yerləşən "Metro market” dükanından uşaq üçün "Kinder joy” şokoladlı yumurtasını alıb. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı "skoç”la örtüldüyünü görüb və onu qaldırıb. "Skoç”un altında 04.03.16 və 15.09.16 tarixinədək yazısı görünüb. Yəni malın yararlılıq tarixi artıq 2016-cı ildə bitib. Nəticədə müştərinin uşağı zəhərlənib.
Müştəri kassa qəbzi əldə etməsi üçün müxtəlif vaxtlarda həmin dükana gedib və yenə eyni maldan alıb. Həmin mallarda da vəziyyətin eyni olduğu aşkarlanıb. Məlum olub ki, kassa çekinin VÖEN- i də yoxdur.
Fikirlər