Azərbaycanda 1 milyon manata SAYT SATILIR

Azərbaycanda 1 milyon manata sayt satılır

Azərbaycanda 1 milyon manata sayt satışa çıxarılıb.

Bu barədə fins.az-a saytın sahibi Mail Nuriyev bildirib. Söhbət “www.siyahi.az ” saytında gedir. Onun sözlərinə görə saytın bu qədər baha olmasına səbəb belə layihənin bu vaxta qədər mövcud olmaması və gələcək perspektivinin çox böyük olmasıdır.

O bildirib ki, ən son platformada yığılan bu sayt müasir tələblərə tam şəkildə cavab verir. Portalın əsas prinsipi bütün peşə sahiblərinin pulsuz kataloqunun yaradılmasıdır: ”Burada hər kəs özünə uyğun peşəni seçərək qeydiyyatdan keçə bilər. Həmçinin hər kəs axtardığı peşə sahibini tapa bilər. Məsələn, həkim, usta, müəllim, bərbər, saç ustası,dərzi və s. peşə sahiblərini asanlıqla tapmaq olar. Bundan başqa sayta vakansiyalar və endirimləri də sayından asılı olmayaraq pulsuz əlavə etmək mümkündür”.






Fikirlər