Azərpaşa Nemətovdan "Azdrama"da 40 manatdan pul yığmaq ittihamına — REAKSİYA

Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov teatrın keçmiş aktyoru Hikmət Rəhimovun ittihamlarına cavab vermək istəməyib.

Nemətov Ölkə.Az-ın əməkdaşıyla qısa söhbətində Rəhimovun səsləndirdiyi fikirlərə belə reaksiya verib:

"Cəhənnəmə ittiham eləsin, getsin nə bilir eləsin. Münasibət bildirmək istəmirəm".

Qeyd edək ki, Akademik Milli Dram Teatrından uzaqlaşdırılan aktyor Hikmət Rəhimov sosial şəbəkədəki profilində bildirib ki, direktor  "Azdrama"nın işçilərindən rəhbəri olduğu digər quruma-Teatr Xadimləri İttifaqına 40 manat illik pul köçürməyi tələb edib:

"Sual olunur, Teatr Xadimləri İttifaqının binasındakı icarədə olan restoran və obyektlərdən gələn gəlirlərdən gözün doymadı? Axı, sən özün mənə otaqda deyirdin ki, beşbarmaqla, tapança ilə gəzən oğlan olmuşam.

Mən səmimiliyinə inandım. Beşbarmaq və ya tapança ilə gəzən, yuxarı məhlədə böyüyən oğlan aktyorlardan necə pul yığa bilər? Axı aktyor güclə dolanır… Bilirsənmi ki, qaz və işıq pulunu verməyə, yeməyə çörəyi necə tapır?

Ya elə bilirsən ki, hamı 5000 manat maaş alır, restoran işlətməklə, ponçik alış-verişi ilə məşğuldur? Tələbələrin istisna olmaqla qalan hansı aktyora qapı açdın, çörək verdin ki, indi 40 manatdan pul yığırsan? Səni səs verib seçənlər və arxanca gələnlər sənə sual veriblərmi ki, bu illər ərzində Teatr Xadimləri İttifaqında alverdən başqa nə ilə məşğulsan?".

 






Fikirlər