Azər Paşa Nemətovun şok SƏS YAZISI - ““Azdrama” taxtabiti yuvasıdır”

Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov rəhbəri olduğu teatrın ünvanına təhqiramiz fikirlər səsləndirib.

Teatr əməkdaşlarından birinin BakiPost.az-a göndərdiyi səs yazısında direktorun "Azdrama” kimi nəhəng mədəniyyət ocağını "taxtabiti yuvası” adlandırdığı aydın eşidilir. A. Nemətov teatr əməkdaşlarından biriylə söhbəti zamanı buraya könüllü gəlmədiyini də deyib: "Azərbaycanda bilirsiniz də, onsuz da qanan, qandıran yoxdur. Ona görə rəhbərlik bilir. Məni cənab prezident bura qoymasaydı, mən bu taxtabiti yuvasında nə gəzirdim?”

Redaksiyamıza göndərilən səs yazısını təqdim edirik:

 

Qeyd edək ki, Akademik Milli Dram Teatrı ətrafında qalmaqallar səngimək bilmir. Keçmiş direktor İsrafil İsrafilovun teatr rəhbərliyindən uzaqlaşdırılması ilə qalmaqalların azalacağı gözlənilsə də, A.Nemətovun təyinatı bu gərginliyi bir qədər də alovlandırdı. Belə ki, bu yaxınlarda teatrın gənc aktyoru Hikmət Rəhimov işindən azad olundu. Ardınca isə xalq artisti Fuad Poladov Akademik Teatrdan ayrıldı.


Bundan əlavə, ştatdankənar aktyorların maaşlarının verilməməməsiylə bağlı məlumatlar yayılıb.


***
Teatrdan Lent.az-a göndərilən məlumatda bildirilir ki, səs yazısı montaj edilib: "Bu səs yazısının quraşdırılması, yayılması Akademik Milli Dram Teatrına, onun rəhbərliyinə qarşı qərəzdən irəli gəlir. İndi səs oxşatmaq, montaj etmək çətin məsələ deyil. Teatrın direktoru Azər Paşa Nemət kollektivə təqdim olunanda teatrın bütün kollektivinin ona əziz, doğma olduğunu deyib və əlavə edib ki, kollektivə hər zaman hörmət edib, bundan sonra da bu hörmət davam edəcək. Hazırda teatrımızda yeni səhnə əsərləri üzərində iş aparılır, premyeralara hazırlaşırıq. Kollektivin yaradıcı əhval-ruhiyyədə olduğu belə bir vaxtda bu cür səs yazısının quraşdırılması, montajı yaradıcı atmosferə xələl gətirməkdən başqa bir şey deyil və buna təəssüf edirik”.






Fikirlər