Bakıda qadınları heyvan mazı ilə müalicə edirlər - FOTO

Son vaxtlar sosial şəbəkələrdə üzdəki səpkilərdən, dərialtı gənələrdən, yəni demodeksdən əziyyət çəkən insanların digərlərinə məsləhət gördüyü bir mazın adı hallanır – Yam mazı.

Əsasən xanımlar arasında məşhur olan mazın gənələrin müalicəsində və səpkilərlə mübarizədə çox effektiv olduğu deyilir. Hətta bir çox xanımlar bu mazın dermatoloq tərəfindən təyin edildiyini də bildirir.
Bu barədə sosial şəbəkə istifadəçilərindən biri də status yazıb. O, dermatoloqun yazdığı və 50 manata aldığı mazın əslində, "Yam mazı” olduğunu sonradan öyrəndiyini bildirib: "Ötən il əməliyyat keçirdim və əməliyyatdan sonra dərimdə problemlər yarandı. Müraciət etdim ölkənin bütün "gözəllik mütəxəssislərinə". Mənə 2000 AZN-lik paketlər təklif etdilər. Sanki yeni üz transplantasiyası həyata keçiriləcək. Sonda çox yaxın rəfiqəmlə müraciət etdik dermatoloqa. O sağ olsun, belə maraqlı rəqəm oxumadı və müalicə effekt verdi. Nəticədə bir neçə ay sonra müalicəni saxladım və düşündüm ki, daha bəsdir. Bəs nədir? Saxlayan kimi yenə təkəm-seyrək olsa da problemlər başlandı. Bu təbiidir. Dəri yağlıdırsa və biz mütəmadi kosmetik vasitələrdən istifadə ediriksə, mütləq dəriyə qulluq da aramsız lazımdır. Bu ayrı məsələ. 
 
Mənim son müalicədə istifadə etdiyim preparatlardan biri "üz maskası" adı altında mənə təxminən 50 AZN-ə başa gələn, kəskin kükürd qoxusu verən maska idi. Bu maska həqiqətən qara nöqtələrdən tutmuş, əksər problemlərin həllidir. Və... o gün bir dostum yazır ki, bu maska baytarlıq aptekində satılan "Мазь Ям"dır. Getdim aptekə, eyni flakon, eyni qablaşdırma, eyni qram və mazın qiyməti cəmi 5 AZN. 10 dəfə baha alırammış. Gedin 5 manat verin və hər axşam 20 dəq dərinizdə saxlayın, effekti görəcəksiniz”.
BakuPost.az mazla bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, "Yam mazı” veterinar praktika üçün nəzərdə tutulub. Pişik, it, donuz, keçi, qoyun, at və iribuynuzlu mal-qarada yaranmış dəri xəstəliklərinin müalicəsi üçündür. 
 
Картинки по запросу мазь ям инструкция
Bəs heyvanlar üçün nəzərdə tutulmuş preparatın insan dərisindəki problemin həlli zamanı istifadəsi nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, veterinar xidmət üçün, yəni heyvanlar üçün nəzərdə tutulmuş preparatların insanlar üçün istifadəsi qadağandır: "Həmin preparatların tərkibində olan inqrediyentlər, təsir vasitələri insan üçün nəzərdə tutulmayıb. 
Bundan başqa, onların tərkibində olan təsiredici maddənin dozası da insan üçün deyil. Necə ki, heyvani mənşəli qidaların insanlar tərəfindən istehlakı düzgün deyil, dərman vasitələri də elədir. 
Düzdür, heyvanlar üçün olan preparatların insanlar üçün təyinatı halları var. Elə oynaq ağrıları, saç üçün olan şampunlar və s. də bura daxildir. Bu cür heyvanlar üçün nəzərdə tutulan maddərlə zəngin vasitələrdən bəzən insanlar da istifadə edirlər. Həkimlər belə vasitələri təyin edirlər. Amma bu, düzgün deyil”.
 
Tibb eksperti "Yam mazı”nın insan dərisindəki effektinin səbəbini də açıqlayıb: "Bu, anibakterial mazdır, həm antiseptik, həm yağlayıcı, həm dərinin üzərində əlavə qatın yaranmasının qarşısını alır və demodeks adlı xüsusi gənələr üçün istifadə olunur. Gənələri öldürücü gücə malik olduğu üçün heyvanlara yazılır və kifayət qədər güclü tərkibə malikdir.
Dozası da insan üçün çox yüksəkdir. Necə ki, insan bir dərmandan yüksək dozada istifadə edəndə effekti də yüksək olur, bu da həmçinin.
Amma ola bilsin ki, həmin mazdan insanlar üçün də istifadə olunsun, lakin müəyyən dozada. Əgər onun üstünə veterinar praktika üçün yazılıbsa, insan dərisinə çəkilməsi qadağandır.
Ola bilər ki, kosmetoloqlar istifadə etdikdə durulaşdırırlar, hansısa konsentrasiyada istifadə edirlər. Amma bu da düzgün deyil. Çünki fabrik istehsalı olmur və onun insan dərisinə istifadəsi düzgün deyil. Heyvani mənşəli dərmanları, mazları, oynaq ağrıları götürən preparatları, şampunları insanın istifadə etməsi qəti qadağandır”.






Fikirlər