Alla Puqaçovanın Bakıda istidən ÜRƏYİ GETDİ

Alla Puqaçovanın Bakıda istidən ürəyi getdi

Bakıda bu gün başa çatan “Jara” musiqi festivalında baş verənlər bütün dünya musiqisevərlərinin diqqət mərkəzindədir.

Virtualaz.org xəbər verir ki, dünən məşhur müğənni Layma Vaykule özünün “İnstagram” səhifəsində maraqlı video paylaşıb. Həmin videoda Vaykule tamaşaçıları salamlayır və sözü Alla Puqaçovaya verir.
SSRİ xalq artisti isə qısaca “Bacarmıram, mənə istidir” deyib və əlavə edib: “Jara festivalı. Əlvida”. Bundan sonra Puqaçova bayılıb.
Müğənninin pərəstişkarları onun bu zarafatını layiqincə qiymətləndiriblər.






Fikirlər