Məşhur diktor telekanal rəhbərlərini SUÇLADI: “Məsuliyyəti ONLAR DAŞIYIR”

Millət vəkili, dilçi alim Nizami Cəfərov televiziyalarda müğənnilərin aparıcılıq etməsini pisləyib.

Modern.az-ın məlumatına görə, medianın dil problemlərinə həsr olunmuş toplantıda N.Cəfərov məsələylə bağlı belə deyib:
"Bu estetik baxımdan yaxşıdır. Amma nəzərə alsaq ki, o müğənnilər heç orta məktəbi də yaxşı oxumayıblar. Bir cümlədə beş söz varsa, onun beşini də səhv deyirlər. Müğənnilərlə yanaşı dili bilən aparıcılar da verilişə dəvət edilməlidir. Hesab edirəm ki, aparıcının dilindəki qüsura görə televiziya rəhbəri məsuliyyət daşımır. Aparıcılar özləri düzgün şəkildə danışmağı öyrənməlidir".

Tanınmış televiziya aparıcısı, AzTV-nin keçmiş diktoru Nailə İslamzadə də məsələyə münasibət bildirib və dilçi alimlə razılaşmayıb.

“Nizami müəllimə dilçi alim kimi böyük hörmətim var, amma bu fikri ilə razı deyiləm, məncə məsuliyyəti elə televiziya rəhbərləri daşıyır, çünki aparıcıları işə onlar qəbul edir. Bu zaman diqqətli olmalıdırlar, səlis, ədəbi dildə doğru danışmayan, dil qusurları olan, tələffüzdə kobud səhvlərə yol verənləri aparıcı vəzifəsinə qəbul etməməlidirlər”.






Fikirlər