Dünya Aşiqi Olan İNSANIN AQİBƏTİ..

Dünya – çox cəlbedicidir.. Bu cəlbedicilik – Allah bəndəsi üçün çox təhlükəlidir. Çünki, dünya sevgisi və arzusundan ibarət olan bir dənizdə boğulmamaq mümkünsüzdür. Buna görə də, dünyadan lazımi dərəcədə faydalanmaq və dünya sevgisinin əsiri olmamaq mütləqdir.

Bir kəsin dünyanı sevməsinin əlamətləri vardır. Kim əgər özündə bu əlamətləri hiss edərsə bu, onun dünyaya aşiq olduğunun sübutudur.

Kimin fikri yalnız mədəsi və şəhvəti (arzu-istəkləri) olarsa, bil ki, o dünya adamıdır və ondan əlini üz! Kimin dünyanı sevdiyini, kimin dərdinin mədə və şəhvəti olduğunu öyrənmək nə cür mümkündür?

✔ Səhər olduğu zaman sən o kəsin belə dediyini görərsən: “axşam olsaydı yatardıq..”
Axşam olduqda isə “səhər açılsaydı gedib gəzər, söhbət edər, oynayar, yemək yeyər, günümüzü yola verib başımızı qatardıq..” – dediyinin şahidi olarsan.

 Ey insan! Dünyadakı varlıq səbəbini unutma!

“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” (Zəriyat surəsi, 56).

 Sən bunu unutmadıqca öndər, yer üzünün varislərindən biri olacağını bil.

“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur..” (Nur surəsi, 55).

Bunu unutduğun zaman isə, heyvandan fərqi olmayan bir varlıq olacağını yaddaşına həkk et!

“..Kafirlər isə (dünyada) kef çəkər, heyvan kimi yeyib-içərlər. (Öləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır!” (Muhəmməd surəsi, 12).

 Müsəlmanın düşüncə və arzuları – alidir, dünya kef və əyləncələri kimi bəsit şeylərin arxasınca deyil, heç bir ağlın dərk edib, xəyal belə edə bilməyəcəyi əbədi möhtəşəm gözəlliklərlə dolu olan – Cənnət’in arxasınca düşər.. Bunu isə, yalnız Allaha iman edərək, Ona boyun əyərək ibadət və digər xeyirli əməllər etməklə əldə edə bilər.

“İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir­. Onlar orada əbədi qalacaqlar!” (Bəqərə surəsi, 82).

 İslam evi






Fikirlər