Xudu Məmmədovun hikmətləri...
Özüm dərdli ikən dərman gəzirəm, – Ata, mənə Vətən al! ************ Yolçu ha toplayır, varı görünməz. ************ “Xalqı yaşat, onun qəlbində yaşa! Xalqın cibində yaşama ki, onu boşaldıb bir gün özün də məhv olarsan.” ************ “..Deyirlər: “Dünyanı gözəllik xilas edəcək.” Doğrudur, amma gözəlliyin özünü xilas edə bilsək!” ************ “Elm elə bir torpaqdır ki, yanlış fikirlər heç bir vaxt orada göyərə bilməz.” *********** Bir dəfə Mərzilidə olduqları vaxt Bəxtiyar Vahabzadə zarafatla deyir ki, ay Xudu müəllim, nə oldu, mərzililəri görən kimi biz yaddan çıxdıq. Ayrı vaxt deyirsən ki, məndə yerliçilik yoxdur. Qarabağ hadisələri ilə bağlı bir toplantıda tarixçilər tariximizlə bağlı qeyri-inandırıcı fikirlər söyləyirlər. Bu toplantıda iştirak edən Xudu müəllim söz alır və deyir: “..Millət öz individual şəklini, milli varlığını saxlamaq üçün dünyanın sosioloji quruluşunun imkan verdiyi qədər azadlığa malik olmalıdır. Milli azadlıq olmadan insan azadlığı boş bir əfsanə olaraq qalır. Beləliklə, insan dünya vətəndaşlığı iddiasına yalnız bir millətin vətəndaşı olduqdan sonra düşə bilər. Milli problem həmin millətə daxil fərdin individual probleminə çevrildikdə o millətlə eyniləşir. O, bu vaxtdan dünya vətəndaşı olur. Ya dünyanı öz millətinin ədalətsizliyindən, ya da mənsub olduğu milləti dünya ədalətsizliyindən müdafiə edir. Hər iki vəzifə dünya vətəndaşının vəzifəsidir. Lakin, çox vaxt bu pərdə altında böyük millətin ədalətsizliyindən fikri yayındırmaq, milli problemləri malalamaq üçün istifadə olunur.” ********** ...Əlağa Kürçaylının dəfn mərasimində kimsə şeir oxudu. Dostlarımızdan biri: “Vətəni sevmək, ictimai dərdi özünə dərd edə bilmək də hələ vətəndaşlıq ləyaqəti deyil. Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir. Əgər biz vətənimizi, xalqımızı qorumuruqsa, haqqın, ədalətin zəfər çalması üçün mübarizə aparmırıqsa, haqsızlıqdan, ədalətsizlikdən şikayət etməyə haqqımız yoxdur.” Bir gün televizordan bir şairə yüksək ad və medal verildiyini eşidən Xudu müəllimin dostlarından biri ona zəng edir. Həmin şairin Xudu müəllimlə olan münasibətlərini nəzərə alaraq, bu böyük alimi muştuluqlayır. Xudu müəllim dostunu dinlədikdən sonra belə deyir: 1970-ci ilin əvvəllərində Güney Azərbaycandan Bakıya gəlmiş məhşur şair Səhənd buradakı görüşlərindən sonra Moskvaya getməli, oradan da Təbrizə dönməli idi. Bu böyük şairi qarşılayanlar arasında Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və bir çox vətənpərvər alim və şairlər də olur. Görüş zamanı Xudu müəllim vaxtiylə ona arxası yazılmaqla bağışlanılmış olan qol saatını qolundan açır və Səhəndə verərək deyir: - Xahiş edirəm bu saatı Təbrizdə təyyarədən düşəndən sonra ilk qarşılaşdığın soydaşımıza bağışla. Xudu müəllimin xahişini həyəcanla dinləyən şair kövrək bir görkəmdə saatı qəbul edir. ************ 1969-cu ildə üçrəngli bayrağımızı xəlvəti olaraq Azərbaycana kim gətirdi? Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda böyük mücadilələr vermiş, AXC-nin banisi M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Kəngərli hər zaman Azərbaycanın azadlığı uğrunda mübarizə aparmışdır. Bunun üçün M.Kəngərli Azərbaycandan gəlmiş bir çox tanınmış elm, incəsənət adamlarıyla tanış olmuş, onlarla müstəqillik, gələcək barədə söhbətlər etmiş, Azərbaycanın müstəqilliyinə baxışlarını öyrənmək istəmişdir. Xudu Məmmədovun yazdığı bayatılardan örnəklər: Bu Qala-bizim Qala, Söz açma qanadınnan, Yad etdi dağlar məni, Elə-belə fərd oldun, Qanlı-qadalı dağlar, Çətənəsiz qara bağlar, El arxadı, güvən, gəz! Əlim köməyim olsun, El arxadı,güvən,gəz! El anadı, el ata Söyüdə barsız demə, Xəyalım daşdı, neynim, Yaraşıqlı o göylər Yedicəyin qavırma, Həsrət oxunan olmaz, Dərd gələr tapar bizi, Dolaylarda bulağam, (ATEV.az)
Dərdi mənimkindən az olanlara.
************
– Onu özgələrə satırlar, bala!
Yalan çiçəkləyir, barı görünməz.
Xudu müəllim asta səslə dillənir:
- Bəxtiyar, bura bax, yerliçilik pis şeydirsə, sən niyə evini Şəkidə tikdirmisən, Mərzilidə tikdirəydin də...
*********
- Ay yoldaşlar, ay qardaşlar, deyirlər ki, dünyanın yeddi möcüzəsi var, mən deyirəm ki, dünyanın səkkizinci möcüzəsi də var. Səkkizinci möcüzə Azərbaycan alimlərinin Azərbaycan tarixinə biganəliyidir.
**********
- Əşşi, camaat yasa batıb, bunlar da şeir oxumaq həvəsinə düşüb. Məzar üstündə “yasin” oxunar, fatihə verilər, salavat göndərilər... - dedi.
Dostumuzun iradına Xudu cavab verdi:
- Bədgüman olma. Quran oxunmalıdır. Buna söz ola bilməz. Amma biz şair dəfn edirik. Şairin məzarı başında şeir oxunması nə vaxtdan yersiz sayılır?! Rəsmi yığıncaqlarda özgə dildə danışanlara qulaq asırıq, axirət evinə də özgə dildə yola salınırıq. Faciə deyilmi? Biz yazıqlar ömrümüzü iclaslarda keçirməyə, başqa dildə eşitməyə, danışmağa alışırıq. Heç bir müqəddəs qüvvə mənşəyini danmağa kimsəni vadar edə bilməz...
***********
***********
- Doğrudan da maraqlı işdir. Görmüşük, şairin Nəsimi kimi dərisini soyarlar, Füzuli kimi dərdə salarlar, Müşfiq kimi güllələyərlər, Cavid kimi sürgün edərlər. Ancaq, bu gün şairə ad-san, medal verirlərsə deməli düşünməyə dəyər...
***********
M.Kəngərli qeyd edir ki, bir dəfə o Azərbaycandan çox ünlü bir sənətçinin - Zeynəb Xanlarovanın gəldiyini eşidir və onunla görüşməyə nail olur. Görüş zamanı M.Kəngərli Zeynəb Xanlarova ilə Azərbaycanın azadlığı barədə söhbət etmək istədikdə qarşı tərəfin reaksiyası onda çox böyük məyusluq doğurur. Zeynəb Xanlarova deyir ki, "məni belə şeylərə qatmayın, mən siyasətçi deyiləm, mən öz sənətimlə məşğulam"....
Daha sonralar M.Kəngərli Maestro Niyazi ilə görüşür. Maestro Niyazi ilə görüş çox maraqlı alınır. Maestro Niyazi Azərbaycanın müstəqilliyinin tərəfdarı olduğunu bildirir. M.Kəngərli qeyd edir ki, "Maestro Niyazi ilə görüş məni çox məmnun etdi və çox sevindim ki, Azərbaycanda bu cür düşünən insanlar var."
M.Kəngərli daha sonralar dünya şöhrətli alim - Xudu Məmmədovla görüşür. Onun Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmaq istəyini və həvəsini görən M.Kəngərli bu görüşdən çox təsirlənir. Və 1969-cu ildə Xudu Məmmədov M.Kəngərlidən aldığı üçrəngli bayrağımızı gizli şəkildə Azərbaycana gətirir.
************
Qaldıqca bizim qala.
Qurmadım, özüm qalam,
Qurdum ki, izim qala.
Qan axar qanadınan,
Xəyalım gəzən yerdə,
Quş uçmaz qanadınnan..
Düyünlər dağlar məni.
Sağkən ölüm olmaya,
Kim anıb ağlar məni?
Dostlarına nərd oldun.
Uzaq səni görmədi,
Yaxınlara dərd oldun.
Qədim sadalı dağlar,
Yolunda can verməyən
Necə ad alı dağlar?
Ürəyi yara bağlar,
Elindən ayrı düşən
Ümidi hara bağlar?!
Dağda bitər güvəngəz.
Nə dövlətə bel bağla,
Nə fələyə güvən gəz!
Elim köməyim olsun.
Elimə yük olanda
Ölüm köməyim olsun.
Dağda bitər güvəngəz.
Nə dövlətə bel bağla,
Nə fələyə güvən gəz.
Özgə olma elata.
Tanrı atsa el saxlar,
Qorx o gündən el ata.
Təklərə yarsız demə.
Dərdə acı güldürər
Gülənə arsız demə.
Sədləri aşdı neynim?!
Düyünlər açan fikrim
Səndə dolaşdı neynim?!
Zülmətə döndü getdi.
Yar işıqlı o göylər
Səninlə söndü getdi.
Çıxıb dağda davarma.
Keçən günü sal yada.
Başa torpaq savırma.
Dostluq toxunan olmaz,
Yükün qəmdən tutulsa,
Artar, toxunan olmaz.
Təndirə yapar bizi.
Araza gətirmisən,
Təbrizə apar bizi.
Suyu zolağ-zolağam,
Tökmə qaş-qabaq, dağlar,
Gedəriyəm, qonağam.