“BİZ ANARLA KAĞIZ üzərində AYRILMIŞIQ...” - RÖYA+Video
Əməkdar artist Röya Ayxanın “Qafqazinfo”ya müsahibəsi: - Ölkənin tək-tük müğənnilərindənsiz ki, çərçivələrə sığmırsız, azadsız. Sizi çərçivədə saxlamaq üçün nə boyda ərazi olmalıdır? - Əslində həyatda başqa cürəm. Nə qədər kamera qarşısında açığamsa, o qədər şəxsi həyatda utancağam. Mənə tərif gələndə... Nə bilim. Elə dostlarım var ki, onlar mənim siqaret çəkməyimi belə görməyiblər. Bir dəfə belə bir hadisə olmuşdu. Zülfiyyə Xanbabayeva içəri girəndə siqareti ovcumda söndürdüm. Məsələn, küçədə qısa paltarda gəzmərəm, gəzə bilmərəm. Dizdən yuxarı paltarda elə bilərəm ki, lütəm. Həyatımı başqa cür yaşayıram, çərçivələrim də var. Fərqli anlarda, fərqli yerdə, fərqli adamlarda çərçivələrimin ərazisi dəyişir. - Sevdiz, ailə qurduz, bu nikahdan övladınız Hüseyn da dünyaya gəldi. İndi sizin eks-həyat yoldaşınız Anar məhkəmə qarşısındadır. Mənə maraqlıdır, bizim tanıdığımız Röya bütün problemləri kənara qoyub keçmiş həyat yoldaşının maddi və mənəvi olaraq yanında oldumu? - Biz hamımız ailəyik. Bizim övladımız var. Onun məndən əvvəlki və sonrakı övladları mənim övladlarımdır. Bunu hər kəs bilir. Biz kağız üzərində ayrılmışıq. Amma bütöv bir ailəyik. Bunu bir müddət sonra özünüz görəcəksiz. Mən o qadınlardan deyiləm ki, o ailə haqqında pis fikirdə olum, uşağı görüşdürməyə qoymayım. Qətiyyən! Düşünürəm ki, qan bağlılığı var və onlar ömür boyu qohumlarım olaraq qalacaqlar. Qayınlarım, qayınanam var ki, onlara görə ölümə gedərəm. Qayınatam var ki, başqasının günahını daşıyır. İnşallah ki, bunun sədasını hər yana çatdırarıq, azadlığa çıxar!
- Sevgi ilə bağlı bir sual verə bilərəm? - Şəxsi həyat mənimdir. Mən sənə deyirəm ki, axşam nə etmisən? Məsələ bağlandı!.. - Mən bir xəbər yazmışdım, (red: Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu Telman Əkbərovun müğənni ilə sevgili olması haqda) bu xəbəri həm siz, həm də qarşı tərəf təkzib etdi. Amma düşünürəm ki, siz daha cəsarətli olduz, Əkbərovlarla ailəvi münasibətlərinizin olduğunuzu dediz. Amma qarşı tərəf sizi tanımadığını bildirdi. - Baxın, mən o ailə ilə tanış olanda uşaqların ən böyüyünün 10 yaşı var idi. Esmira xanımla, Rövşən müəllimlə neçə illik dostam. Bu xəbər bilmirəm haradan çıxdı. Mən dolğun qadınam, həyatı necə yaşayacağımı bilirəm. - Biz xəbərin səhv, yaxud düz olduğunu iddia etmirik. Sadəcə o, Röyanın yanında daha çox vaxt keçirən biri kimi sevgilidən başqa təsir bağışlamadı... - O uşaq neçə ildir ki, bizdədir, mən onlardayam. Qarşı tərəf açıqlama verməyib. O, mediaya müsahibə verməyib. Kişi müsahibə dərc edənləri məhkəməyə vermək istəyir, mən də deyirəm ki, lazım deyil. Anlaşılmazlıq olub. O da sizin oyununuzdur. Düşünürəm ki, belə məqamlarda soruşmaq lazımdır. Mən ərə getməyə hazırlaşmıram, dostlarıma hörmət qoyuram. Çörək kəsdiyim yerdə əl-üzümü yumuram. Bir də belə şey etməyin (gülür). Bu məsələni uzatmayaq, onlarla böyük ailə dostluğumuz var. - İctimai rəydə görünən və sizin də təqdim etdiyiniz Röya əks cinslər üçün şirin və ehtiraslı xanımdır. Siz bu barədə nə düşünürsüz? - Bəli, belədir. Siz onu məndə hiss etmisizsə, elədir. Çünki özüm hər şeyi hissiyyatla edirəm. Hiss etməsəm sevə bilmərəm. Özüm səhvlərimi öyrənə-öyrənə gəlmişəm. Sevmirəm ki, səhvimi mənə desinlər. Mən studiyada mahnı oxuyanda hiss etmirəmsə, ordan çıxmıram. Mahnıdan, musiqi alətindən ehtiraslanan adamam. Maşının sürətindən o an ehtiras gələ bilər. Düşünürəm ki, şou-biznesdə iki belə qadın var: Biri Brilliant Dadaşovadır, digəri mən! Ona görə insanlara başa salmaq lazımdır ki, qəşəng olmaq lazım deyil. Qəşənglər get-gedə transa oxşayır. Amma qara pıspısalar get-gedə lebis olurlar. Çatdı?!
- Birmənalı olaraq siz güclü qadınsız... Bu, özünü onunla ehtiva edir ki, bütün addımlarında heç bir kompleks keçirməyən Röya ictimai qınaqdan qorxmur. Bu, sizin cəmiyyətə təqdim etdiyiniz Röyadır, ya necə? - Elədi ki, var, güclüyəm. Mən müzakirə olunmağı sevmirəm, tənqid olunmağı da xoşlamıram. Bir səhvim varsa, bir dəfə de və yaxud, elə hərəkət etdi ki, başa düşüm. Söz götürməyi sevmirəm, çünki mən özümü sıfırdan düzəltmişəm. Özümə görə yox, ailəm üçün belə etmişəm ki, mən onları ayağa qaldıracam. Klaviaturanın arxasında müzakirə edirlər, onlar mənim üçün maraqsızdır. Bunun üçün şərhləri bağlayıram, oxumuram. Yazırlar ki, əvvəlki kimi mahnıları tutmur. Adama deyərlər ki, sən əvvəlki paltarlarını geyinirsən? İnsan böyüyür, heç kimin fikri mənə maraqlı deyil. Müğənni efirə çıxıb nəsə deyibsə, üç gündən sonra mənə yazıb üzr istəyir. Məndə də udlaq var, çox adamdan seçilirəm, çıxıb onları deyə bilmirəm. - Bəzən güclü xanımlar, eləcə də kişilər güclü olmaqdan bezirlər. Zaman gəlir ki, insan içində şişən şarı boşaltmaq istəyir, sıxılır. Siz bu situasiyaya tez-tez düşürsüz? - Mən ancaq ailəmdə sıxıla bilərəm. Qardaşım sıxa bilər. Nə bilim, dostlardan... Amma şou-biznesdən... Sizə bir söz deyim ki, 2011-ci ildən bəri televizora baxmıram. Hüseyn oyunlar oynayır. İnternetdə ola bilər ki, kimsə nəsə göndərər. İnanmayacaqsız, otağımda ən bahalı televizoru qoyublar, amma bir dəfə də olsun yandırmamışam. Hüseynin canı, bilmirəm ki, o, necə yanır. - Səhv etmirəmsə, iki qardaşınız var. Amma onlardan yalnız birinin adını özünüzə ləqəb qoymusuz, niyə Ayxan? - Ayxan qardaşımdır. Əkizdirlər, Ayxan bir az zəif doğulub, üzərində çox əsmişik. İsmayıl da hazırda əsgərdir. Ayxan isə dünən qayıdıb. Onların qonaqlığını saxlamışam, bir yerdə edəcəm. - Sizə söz atanlara, qalmaqallı fikirlər səsləndirənlərə instaqramdan cavab verirsiz... - Düşünürəm ki, instaqram mənim müsahibə yerimdir. Bütün dünyada belədir. Biri var özüm edirəm, biri də sizin yanınıza gəlmək üçün bügünkü kimi 4 saat hazırlaşım. Siz də 1 ildən sonra “gup!” nəsə yazacaqsız. Bilirsiz, Gülbən Ərgənlə münasibətim var. Bu dəfə ona söz verdim ki, tam sən etdiyini mən də Bakıda edəcəm. Mən sizi verə bilərəm məhkəməyə və yaxşı təzminat alaram. Və yaxud, iki gün səni yanımda gəzdirərəm, görərsən ki, Əkbərovun ailəsi ilə münasibətlərim necədir. Onun anası pis günlərimdə yanımda olub. Nihad Odabaşı ilə klip çəkdirən zaman bankda pul donub qalmışdı. Hər şeyi onun anası ödəniş edib, köməklik göstərib. O, mənim ikinci anamdır.
Hazırda bir çox media, maqazin verilişləri var ki, embarqo qoymuşam, mənim haqqımda danışa bilməzlər. Arada nəsə eşitdirirlər, amma başa düşmürlər ki, bunların hamısı yığılır. Mən onlardan da pul alacam. Niyə almayım? Başa düşürəm, sən xəbər axtarırsan. Maraqlı bir şeylər et, əsəb korlayan şeylər yox. Kim Bakıya çatırsa, sual verirlər ki, Röya Türkiyədə külli miqdarda pul xərclədi. Mən orada cəmi bir nəfərə maaş verirəm. “Poll Production”da varam, hər şeyi özüm edirəm. İşi özüm qururam, mahnını özüm seçirəm. Mənim orada bir həyatım var. Danışmıram. Amma biri çıxıb bağını, digərini evini göstərir. Kasıbam, amma varlıyam ki, dostlarım var. Ürəyim varlıdır... - Deyirlər ki, toy bazarında durğunluq var. Bunun qiymət artımınızla əlaqəsi ola bilərmi? - Böhran dövründə belə qiymətimi endirmədim. Çünki borclarım var idi. Bu yerə gəlib çıxana kimi səninkimilərin sözünü götürüb əsəbiləşmişəm. - Mənim kimi?! - Sən bunu pis qəbul etmə. Yaxşı mənada deyirəm. Sənin elədiklərini axı qəbul etmişəm. Elə bilirsən ki, bura elə-belə gəlmişəm? 10 min toydan götürüb 2 min də borc tapıb üstünə qoyaraq aranjimana vermişəm. Haqqımdır, hələ azdır. Qiymətimi artırmamışam, böhran dövründən toy qiymətimdə artım olmayıb. Düzdür, bir manat belə endirməmişəm. Amma artım da etməmişəm. - Kinlisiz? - İnsan kinli olmamalıdır, sadəcə yaxşılıqla pisliyi unutmamalıdır. Sən 1991-ci ildənsən? - Bəli. - Axı sən haradan biləsən?! (gülür). Mən hərdən danışmadığım insana yaxşılıq edirəm. Deyirlər ki, axı sən niyə köməklik edirsən, 20 ildir ki, görüşmürsən. Deyirəm ki, yox, 1998-ci ildə filan restoranda oxuyanda köynəyini mənə vermişdi. Bundan başqa, kömək istəyənə yenə göstəriş verirəm ki, edin. Çünki filan ildə mənə pislik etmişdi, qoyun utansın. Qətiyyən kinli deyiləm, amma bilirəm ki, kimi bağışlaya bilərəm, kimi yox!
- Bağışlamaq demişkən, Aygün Kazımova instaqramında bir video paylaşdı və sizin adınızı işarələdi. Düşündülər ki, bu, barışıq addımıdır... - Mən bu haqda danışmaq istəmirəm. Arif adam hər şeyi başa düşər. “Dux” istəyirəm həmin insanda ki, get-gedə böyüsün, yaşamağı bacarsın. Yerində qalmasın. - Lalə Məmmədova da sizinlə çəkilən arxiv fotosunu paylaşdı, barışıq xəbərləri yayıldı. - Mən hissiyyatlı bir insanam. Lalə Məmmədova haradasa başa düşdü ki, səhv edib. Demirəm ki, ancaq məni təriflə, qarşı tərəfi yox! İkimiz də sənin dostunuq. Əgər yaxşı şey danışa bilmirsənsə, pisi də danışma! Özümə söz vermişəm. Biri haqda yaxşı şey danışmamışamsa, pisini də deməyəcəm. - Murad Arif təklif irəli sürdü ki, “W-trio”nun əsas üzvlərinin (Natavan Həbibi, Elnarə Xəlilova və Röya Ayxan) duet oxuması üçün mahnı yazsın. Qrup üzvləri yenidən bir araya gələ bilər? Bir layihə üçün... - Əşi, bəsdir sən Allah! Yerindən duran “W-trio”nu birləşdirmək istəyir. Heç vaxt ola bilməz. Elnarənin 4, mənim bir övladım var. Allah hamının işini avand etsin. Bu, oyuncaq deyil. O qrup əfsanə idi, bitdi. - Solo oxuyanda əfsanəyə çevrilən buruq saçlarınız daha yoxdur. Uğur bəlkə də saçlarınızda idi. - Yenə də saçım buruq idi. ABD Malikin klip təqdimatında idim. Mən də bezirəm. Getsinlər bütün günü kartof yesinlər. - Kartof?
- Adə, sən lap uşaqsan ki,.. Getsinlər aş yesinlər. Həmişə aş yeyə bilərlər? - Yıldız Tilbenin mahnısını oxuyacaqdız, layihə nə yerdə qaldı? - Hazırda bu işlə mən məşğul olmuram. Çıxacaq layihəni iki şirkət edir. 40 ulduz Yıldız Tilbe mahnısını oxuyur. Mən isə onun “Ummadığım anda” mahnısını ifa etmişəm. Klipi Bakıda və Türkiyədə çəkmişik. Layihə yanvarın 25-i çıxmalı idi. Biri xəstələndi, biri öskürdü, biri yıxıldı. Uzandı, daha sonra dedilər ki, apreldə işıq üzü görəcək. İki ay bununla başlarını qatsınlar, daha sonra “Ah bu dünya” mahnısını oxuyacam. Yəqin ki, konsertimə kimi təqdim olunacaq. Onlara görə gözləyirəm. Ora da bir manat pul verməmişəm. Ulduz olmaq üçün pullar xərcləyirlər. Ulduz olmursan, ulduz doğulursan! Qara qız idim, məhəllədə deyirdilər ki, o pıspısanı çağırın. Kiminsə kefi olmayanda mən oynayırdım, bütün hər şeyi yazıb pozurdum. İndiyənə kimi dostları bir araya toplayan və dağıdan mən olmuşam. Mənim kefim yoxdursa, heç kimin kefi olmamalıdır (gülür). Mən küsən adamları sevmirəm. Söz-söhbətimiz ola bilər, 5 dəqiqə sonra danışa bilərik. Nə badə sən mənə sifət edəsən, tava... - Mayın 5-də Bakı Konqres Mərkəzində konsert verəcəksiz. Bir neçə ildir ki, səhnədə siz və mahnılarınız olur. Şou isə demək olar ki, yoxdur. - Şəmkirli.
- Şəmkirlisənsə deməli “yeraz”san. - Bəli. - Anamın yerlisisən. O da “yeraz”dır, sonradan Şəmkirə gəliblər. Həyatımda bir dəfə Şəmkirə toya getdim. Kim yaxınlaşıb görüşdüsə, dedilər ki, “mama”nın qohumuyam. Ordan çıxandan sonra anama zəng vurdum, dedim salamatsan? Bu günə kimə hamıya deyirəm ki, anam gəncəlidir. Dedi ki, biz sonradan Gəncəyə gəlmişik. - Müsahibə üçün təşəkkür edirik. - Dəyməz, iki günlük dünyadır, yeyin, için və kef edin. Amma kişi-kişi kef edin. Qadın həyatını müzakirə etməklə yox. İş də, maaş da bitir. Daha böyük şeylərə nail olmaq istəyirsən. Yaxşı oğlanlara yaxşı qız verirlər. Hər qadını müzakirə edəndə fikirləşin. O, başqa yerdə cavab verəcək. Mən inanmıram ki, elə bir qadın olsun ki, səhvi olsun. İmkan yaratmayın ki, sizin yazınıza gic-gic rəy yazsınlar. Əgər həyatıma biri gəlsə, evlənsəm deyərəm. Amma ikinci dəfə evlənmərəm. Boşanmış insanam, həyatıma kimsə gələ bilər. Amma o, Azərbaycanda olmayacaq. Evlənmərəm ona görə ki, ayıb olar. İnanmıram ki, kimisə istəyəm. Bu qədər...
- Rəşad Haşımovla yenidən bir araya gəldik. Ona görə ki, rahat nəfəs almaq istəyirəm. Məşqlərdən xəbərim yoxdur. Şou nəyə deyirsən? Bizdə şou iki il əvvəl olmuşdu. Son iki ildir, etmirəm. Çünki 200-300 min xərcləməkdən bezdim. Bir az nəfəs almaq istəyirəm. “Krizis” deyil, qadan alım? Mən də “krizis”əm. Ondan əlavə, bu aralar içimdən ancaq musiqi gəlir. Belə də ki, mənim ürəyim oxuyur, sənin üçün dombalaq aşım? 91-ci ildən olan müğənnilər çoxdur, onlar etsinlər! Yanaqların qırmızıdır, haralısan?