İlhamə Quliyeva yalanından danışdı: “Bilərəkdən səhv demişəm”


 

Xalq artisti İlhamə Quliyeva Moskva Dövlət Universitetində bu adda tələbə oxumaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, təhsil aldığı universitetin adını bilərəkdən səhv deyib: “Mən bilə-bilə insanları çaşdırmışam. Bilirəm ki, ayağımdan çəkən insanlar var. Ad çəkmirəm. Ətrafımda natəmiz, çirkli fikirli adamlar çoxdur. Onlar mənim hər addımımı izləyir. Buna görə də təhsil aldığım universitetin adını səhv demişəm. 

Rusiyada təhsil ocaqları çoxdur. Onarın birində təhsil alıram. Mən Moskva Dövlət Universitetində deyil, başqa bir universitetdə oxuyuram”. 


O, qeyd edib ki, iki ildən sonra ali təhsilli hüquqşünas olacaq: “Düşmənlərimin yanında deyirəm ki, mən hüqüqşünas olacağam, bunu hamı görəcək. Mən qiyabi təhsil alıram. İki ildən sonra mən diplom alacağam və bunun böyük bir təqdimatını keçirəcəyəm”. 

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama verib. MDU-dan isə orada belə bir tələbənin təhsil almadığı haqqında məlumat verilib.

 






Fikirlər