AZƏRBAYCANLI MÜĞƏNNİ ÜSYAN ETDİ

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin qələbə qazanması münasibətilə dünən Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan möhtəşəm konsert proqramına dəvət almayan müğənni Nura Suri üsyan edib.

AzerTaym.az-in məlumatına görə, sənətçi etirazını social şəbəkədə açıq şəkildə bildirib: “Dünənki konsertə gedən müğənnilərin 90%-i bölgələrdə keçirilən heç bir konsertdə iştirak etməyiblər, YAP-ın heç bir seçki konsertində olmayıblar. 
2008-ci ildə qucağımda ana südü ilə qidalanan körpəmlə birgə, 2013-cü ildə və bu il bütün bölgələrdə keçirilən seçki konsertlərində iştirak etmişəm. YAP-ın üzvüyəm və hər zaman prezidenti dəstəkləyən və xaricdə belə keçirilən bütün dövlət tədbirlərində iştirak edirəm. 

14 ildir bu sənətdəyəm, Xalq artistlərinin, Əməkdar artistlərinin çoxu seçki konsertlərinə getmədi, təmənnasız dövlət tədbirlərinə də getmirlər. Niyə mən yox, heç bir konsertdə iştirak etməyən müğənnilər dünənki konsertdə idi? Dövləti, dövlət başçısını dildə yox, əməldə sevmək və dəstəkləmək lazımdır






Fikirlər