“Arif Hacılı və onun kimilər GEDİB özlərini təmizləsinlər"

“Deyəsən hakimiyyət dəyişikliyi olacaq. Həmişə belə məqamlarda ortaya çıxan adamlar yenə fəallaşıblar: Nemət Pənahlı, Rəhim Qazıyev, Aslan İsmayılov”.

Qeyd olunan ifadə-atmacanı Müsavat Partiyasının başqanı Arif Hacılı öz facebook profili vasitəsi ilə paylaşıb. 
Moderator.az məsələ ilə əlaqədar olaraq yazıda adı keçən tanınmış hüquqşünas Aslan İsmayılovun fikirlərini öyrənib:
“Arif Hacılı və onun kimilər barədə geniş açıqlamalar vermək istəmirəm. Qoy onlar gedib özlərini təmizləsinlər. Mən 27 ildir Azərbaycandayam və bu 27 ilin hər ilini də danışmışam. Bütün qanunsuzluqlara öz etirazımı bildirmişəm. Mən bilən bu 27 ildə Azərbaycanda 27 hakimiyyət dəyişməyib. Ona görə, Arif Hacılının dedikləri ona və onun komandasına aiddir”.






Fikirlər