“Niyə Qarabağdan çıxmırsınız?“ - Türkiyədən İrəvana sərt mesaj

bitmap-img6

Xəbər verdiyimiz kimi, NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasının iclası zamanı gərgin anlar yaşanıb. Erməni deputatın “Türkiyə İŞİD-ə dəstək verir” deməsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəzəbləndirib.

 

XİN rəhbəri Ermənistanın işğalçı olduğuna diqqət çəkərək Dağlıq Qarabağ problemindən söz açıb. 
“Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Ermənistan işğalçılarından azad edilməsi ilə bağlı BMT-nin 4 qətnaməsi var. Avropa Birliyinin qəbul etdiyi qərarlar var. Azərbaycanın 20 faiz torpağını - Qarabağı mən işğal etmişəm? Siz (Ermənistan-red) işğal etmisiniz. Niyə Qarabağdan çıxmırsınız? Biz sizə bununla bağlı məsləhətlər verdik. Qarabağı işğaldan azad etsəniz, sərhədləri açacığımızı vəd etdik. Siz dediniz ki, Azərbaycan üçün niyə şərt qoyursunuz? Anlayın, Azərbaycan bizim qardaşımızdır. Bir millət, iki dövlətik. Azərbaycanın məsələləri bizim məsələmizdir”,-deyə Çavuşoğlu vurğulayıb.(azvision.az)

 

 






Fikirlər