Türkiyəli diplomat Dağlıq Qarabağdan danışdı
"Rusiya və Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlində vasitəçiliyini aktivləşdirməlidir".
Onun sözlərinə görə, Cənubi Qafqaz regionu Rusiya Federasiyasının marağında olub: "Bu gün regionda mövcud olan problemlərin bir çoxu Sovetlər İttifaqı Kommunist partiyasının milli siyasəti nəticəsində yaranan problemlərdir. Sovetlər İttifaqı dağılandan sonra milliyətçi tendensiya yaranmağa başladı, hər kəs müəyyən ərazini özünküləşdirməyə başladı. Millətlə arasında ərazilərin bölünməsi uğrunda çaxnaşma başladı. Hər kəs tarixi öz prioritet nöqteyi-nəzərindən yazmağa başladı. Diasporlar öz vətənlərinə daha çox maraq göstərməyə başladılar. Xüsusən də, Türkiyə ərazisində yaşamış diaspor üzvləri...Nəticədə onlardan bir çoxu Qafqazdakı münaqişələrin alovlandırılmasına və terror təşkilatlarının yaranmasına səbəb oldu".
"Bir çox məlum məsələləri etiraf etmək lazımdır. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Hazırda Ermənistanın işğalı altındadır. Bu problem öz həllini tapmayıb. Hadisələrin gələcək inkişafı bütün region uçün ağır ola bilər. Əgər Ermənistan Dağlıq Qarabağı işğal etməsəydi, bu gün belə iqtisadi vəziyyətdə olmazdı. Bu münaqişəyə görə, Ermənistan çox şey udubmu? Beynəlxalq təşkilatlar nəsə etməyə cəhd edirlər, lakin onların funksiyaları məhduddur. Rusiya və Türkiyə bu münaqişənin həllində iştirakını aktivləşdirməlidirlər", deyə türkiyəli tanınmış diplomat qeyd edib. ( apa )