Deputat hökuməttən 7 suala cavab TƏLƏB ETDİ: “Bu təxribatdır, yoxsa saymazlıq?”

Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edən deputat Əli Məsimli Azərbaycan hökumətinə 7 sual ünvanlayıb. 

AzerTaym.az saytı xəbər verir ki, Ə.Məsimli çox vacib hesab etdiyi həmin suallara hökumətdən cavab istəyib.
“Hələ də çox vacib suallar cavasız qalır. Mərkəzi Bankın sədri tərəfindən bəzi suallar cavablandırıldı. Amma cavablandırılmayan vacib suallar qalır.. Bu gün büdcə müzakirəsindən Azərbaycan cəmiyyətinin çox böyük gözləntiləri var. 
Bu dəfə sualları mən Azərbaycan cəmiyyətinin gözləntiləri baxımından qaldırıram”. 
Əli Məsimli cəmiyyəti, insanları dərindən narahat edən həmin suallara hökumətin cavab tapmalı olduğunu bildirib:
Deputat hökumətə aşağıdakı suallarla müraciət edib:
“Birinci sual: Azərbaycanda indi getdikcə dərinləşməkdə olan böhran nə zaman səngiyəcək? 
İkinci sual: Azərbaycanda 3-cü şok devalvasiya olacaqmı? Yaxud da aparılan indiki maliyyə- kredit siyasəti Azərbaycanı 3-cü şok devalvasiyaya aparmırmı? 

Üçüncü sual: Manat nə zaman etibarlı şəkildə sabitləşəcək? 
Dördüncü sual: Qiymətlər sürətlə artır. Xüsusilə də xaricdən gələn mallatrın qiymətləri… Belə bir şəraitdə əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsi aşağı düşməyə başlayıb. Ona görə də əhalinin aztəminatlı təbəqəsinin sosail müdafiəsi istiqamətində görülən tədbirlərlə yanaşı, büdcədən maliyyələşən və az maaş alan təbəqənin maaşları artacaqmı? 
Beşincisual: Xarici valyutada olan kreditlərlə bağlı vətəndaşlara konkret güzəştlər ediləcəmi? 
Altıncı sual: İqtisadiyyat naziri Milli Məclisdə çox gözəl bir müqayisə apardı. Yoxlamalar 1 il ərzində 67 mindən 67-yə enib. Sahibkarlar bu müdət ərzində 67 min dəfə rüşvət verib. Bəs bu sahibkarları soyan məmur özbaşınalıqlarına son qoyulacaqmı? 
Yeddinci sual: Vergi yükünün yüngülləşdirilməsi istiqamətində addımlar atılacaqmı? İndiki dövrdə iqtisadi fəallığı artırmaqdan ötrü mütləq vergi yükü aşağı salınmalıdır”. 
Deputat bildirib ki, indiki dövrdə iqtisadi fəallığı artırmaqdan ötrü mütləq vergi yükü aşağı salınmalıdır.

“Bu 7 suala müsbət cavab verməkdən ötrü Azərbaycan prezidentinin bu ilin əvvəlində siyasi iradə nəticəsində başladıtğı iqtisadi siyasətin təmin edilməsinə hökumət komandasının bir hissəsi ilə yox, tam tərkibdə, vahid komanda şəklində qoşulmalıdır”. 
Əli Məsimli xüsusi olaraq vurğulayıb ki, hökumət prezidentin iqtisadi sahədə imzaladığı fərman və sərəncamlarına qarşı etinasız və laqeyd yanaşır: 
“Azərbaycan prezidentinin fərmanlarına baxılsın. Prezident 2 ay, yaxud 3 ay aydiyyatı orqanlara zaman verib. Prezident 2 ay vaxt verəndə dəqiq bilir ki, bu işi 1 aya, 3 ay vaxt verəndə isə dəqiq bilir ki, 2 aya görmək olar. 
Niyə onu 6-7 aya əmələ gətirmək olmur? Bu təxribatdır, yoxsa səriştəsizlikdir, yoxsa saymazlıqdır? 
Digər tərəfdən, prezident çıxışlarında sahibkarlığın inkişafı üçün görülən işlərdən danışanda, hər zaman bu istiqamətdə insanları iqtisadi fəaliyyətə həvəsləndirən ifadələr işlədib. Amma burda oturan aydiyyatə orqanların rəhbərləri hansısa sahibkar yeni işə başlayan kimi tələb irəli sürülər: “Biz heç nə bilmirik, bizim payımızı verin!”. Həmin orqan rəhbərlərinin,qanunsuz tələblər qoyan  işçilərinin cəzalandırılaraq televiziya vasitəsilə insanlara göstərilməsi üçünAzərbaycan hökuməti hansısa işlər görəcəkmi? 
Dövlət Neft Fondundan vəsaiti azaldırıq, amma əlavə vəsaitlər əldə etmək imkanları aşağıdır. Əgər bu il 3 faizə qədər enmə olacaqsa, gələn il həmən hiss olunacaq. Yəni büdcəyə artım vasitəsilə vəsait daxil ola bilməyəcək. O zaman nədən istifadə etmək lazımdır? Mövcud resursların ölkə daxilindəki və xaricindəki yenidən bölgüsü olmalıdır. Bu bütün dünya praktikasında ən yaxşı üsullarında biri korrupsiyaya qarşı müabrizənin gücləndirilməsi və korrupsiya pullarının yenidən büdcəyə qaytarılmasıdır. Kölgə iqtisadiyyatının 10 faiz daraldılması Azərbaycan büdcəsinə yarım milyard manatdan çox vəsaitin daxil olmasına gətirib çıxardar. Halbuki, insanları narazı salmaqla, qazın və işığın qiymətinin artırılması nəticəsində büdcəyə 300 milyon manat pul daxil olacaq. 300 milyona görə bu qədər narazılığa dəyərdimi?..”.






Fikirlər