Rusiyanın Türkiyədəki yeni səfiri bu şəxs olacaq
Rusiya prezidentinin Volqaboyu Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Mixail Babiç Türkiyəyə səfir göndərilə bilər. Modern.az xəbər verir ki, bu barədə “Dojd” telekanalına Kremldəki mənbədən məlumat verilib. Telekanalın məlumatına görə, Babiçi bundan əvvəl Rusiyanın Ukraynaya səfiri təyin etmək istəyirdilər, lakin rəsmi Kiyevin buna etirazından sonra o, öz vəzifəsində qalmışdı.