Prezident mühafizəçisini mükafatlandırdı

Prezident İlham Əliyev polkovnik Səftər Heydər oğlu Hacıyevi 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
 AzerTaym.az xəbər verir ki, S.Hacıyev Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə bu mükafata layiq görülüb.
Xatırladaq ki, S.Hacıyev Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi vəzifəsində çalışır. 






Fikirlər