Primakov, İvanov, Lavrov - Rus nazirləri Azərbaycana nə BAGLAYIR?

Primakov, İvanov, Lavrov - Rus nazirləri Azərbaycana nə bağlayır?

1990-cı ildən etibarən Rusiyanın xarici işlər naziri olmuş hər üç diplomatın – Yevgeni Primakov, İqor İvanov və Sergey Lavrovun - uşaqlığı Qafqazla bağlıdır.

 AzerTaym.az  Publika.az-a istinadən xəbər verir ki, 1996-98-ci illərdə Rusiya XİN-ə rəhbərlik etmiş Primakov Kiyevdə doğulub, lakin uşaqlığı və gənclik illəri Tiflisdə keçib. XX əsrin sonlarında o öz memuarlarında yazırdı: “Mən Tiflisdə böyümüşən, bu şəhəri və ölkəni çox sevirəm. Mənə çox ağırdır ki, təyyarəyə əyləşib hər gün ora uçmağa və qayıtmağa imkanım yoxdur. Nə vaxt xarici işlər naziri postundan gedəcəm, o zaman özümə bu imkanı yaradacam”.


Primakov Bakıda anası ilə
Primakov Bakını da özünün doğma şəhəri hesab edirdi. 1944-cü ildə o, Bakıda hərbi dəniz hazırlığı məktəbinə daxil olub. Öz xatirələrində yazırdı: “Yeddinci sinifi bitirib, Bakı hərbi dəniz hazırlığı məktəbinə getmək istədiyimi anama dedim. Anam əvvəlcə fikrimi dəyişməyə çalışdı, lakin sonradan razılaşdı. İki il orada oxudum, lakin bu illər çətin keçdi. “Pravda” tədris gəmisində təcrübə keçdim. Bütün çətinlikləri geridə qoyduğum bir vaxtda səhhətimdə yaranan problemə görə məni oradan xaric etdilər. Məndə vərəmin ilkin mərhələsi aşkar edilmişdi”.
Primakovdan sonra Rusiya diplomatiyasına rəhbərlik etmiş İvan İvanov Moskvada doğulsa da, yeddi ilə qədər Gürcüstanda yaşayıb. Onun anası Eliko (Yelena) Saqiraşvili Pankisi dərəsinin sakini idi.
- Biz beş nəfər idik. Eliko ən böyüyü idi. O, 1909-cu ildə anadan olmuşdu. Mən ən kiçiyi idim. 1925-ci il təvəllüdəm –İqorun dayısı Levan Saqiraşvili danışır - Eliko çox bacarıqlı idi. Onu Moskvaya oxumağa göndərirlər. Orada Sergey İvanovla tanış olur və onlar evlənirlər. Onların İqor və Nina adlı uşaqları oldu. Hər yay uşaqlar bizdə qalırdılar. Eliko milis mayoru rütbəsinə qədər yüksəldi. O, Moskvanın Sovet rayonunun Dövlət Yol Polis idarəsinin müdiri idi.

İqorun anası 1982-ci ildə Moskvada öldü və orada dəfn etdilər. Onun atasının isə vaxtilə Azərbaycanda yaşadığı və orada da öldüyü deyilir. Əldə olan sənədlərdə İqor İvanovun atası haqda müfəssəl məlumat yoxdur. “Sergey İvanov –hərbiçi, polkovnik”, - yalnız bu sözlər var.

Lakin dəqiqləşməmiş məlumatlara görə, İqorun atası uzun müddət Azərbaycanın Saatlı rayonunda yaşayıb və işləyib. 1975-ci ildə vəfat edib, elə orada da dəfn olunub. Sergey İvanov II Dünya müharibəsi zamanı dəmir yollarının bərpası işində işləyib. 1943-cü ildə bu sahə hərbiləşib. Ata İvanov dəmir yolu qoşununa keçib və zabit rütbəsi alıb. Daha sonra Azərbaycana gələn İvanov dəmiryolçulara tikilmiş evdə məskunlaşıb. Saatlıda onun başqa ailəsi olub.

Sergey İvanovun Saatlıdakı evi
Saatlı sakini Müzəffər Məmmədov danışır ki, Sergeyin başqa ailəsinin olduğu haqda eşidibmiş: “Mən eşitmişdim ki, onun başqa qadından oğlu var və həmin qadın yüksək dövlət vəzifəsində işləyir. Lakin Sergeyin özü heç vaxt bu haqda danışmırdı. O, şən, xoşqəlbli insan idi. Mənim qızım müharibə haqda şeirlər oxuyanda onun gözləri dolurdu”.

Sergey İvanov Saatlıda komsomolçularla. 1967-ci il.
Yerli sakinlər danışırlar ki, İqor İvanov 1960-cı illərdə Bakıya gəlir və atası ilə görüşürdü. Atası öləndə İqor SSRİ-nin İspaniya səfirliyində işləyirdi.
“Mən o haqda tənqidləri qəbul edirəm ki, bura tez gəlməli idim. Lakin səbəblər axtarmayacam, əfsus ki, bunu bacarmadım”, - deyə İqor 1999-cu ilin 2 sentyabrında xarici işlər naziri kimi Bakıya səfəri zamanı danışır.
O, bununla yalnız dövlətlərarası münasibətlərimi nəzərdə tuturdu? Burası tapmaca olaraq qalır.

Sergey Lavrovun gəncliyi

2004-cü ildən Rusiya xarici siyasətinə rəhbərlik edən Sergey Lavrov Qafqaz mənşəli olduğunu gizlətmir. 2005-ci ildə Rus-erməni slvayan universitetində görüşü zamanı tələbələrdən biri ondan soruşur: “Erməni köklü olması nazirə işində kömək edirmi?”.

“Mənim köküm gürcüdür. Atam Tiflisdəndir, lakin qanım erməni qanıdır”, - deyə Lavrov cavabında qeyd edir.






Fikirlər