Türkiyənin Millətçi Hərakat Partiyası parçalandı - 300 İSTEFA

Image result for bahceli

Türkiyənin Millətçi Hərakat Partiyası parçalandı 

FaktXəbər-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin müxalifət partiyası MHP-nin (Millətçi Hərakat Partiyası) 300 üzvü eyni anda istefa verib. Aralarında MHP-nin sabiq millət vəkilləri də olan 300 nəfər bu gün partiyadan istefa verib.
MHP-nin keçmiş millət vəkili Mümin İnan, Vedat Bayram ilə MHP-nin üzvlüyündən istefa verən qrup mətbuat konfransı keçirib. Daha sonra onlar qrup adından bəyanat yayıblar.
İstefa verənlərin adından danışan MHP rəsmisi bildirib ki, prezidentlliyə namizədliyini irəli sürən Meral Akşener və yol yoldaşlarının haqsız şəkildə MHP-dn ixrac edilməsi nəticəsində türk siyasətində yeni səhifə açıldı. Artıq yeni partiyanın yaradılması zəruridir. Yeni partiyanın yaradılmasını millətimiz arzu etmiş və partiya yenə də millətimiz yaratmaqdadır. Yeni partiyamızın Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti dövlətinin quruluş fəlsəfəsinə sadiq olacağına inamımız tamdır. MHP-də siyasət yürüdən insanlar olaraq Meral Akşenerin liderliyində qurulacaq yeni partiyaya qatılmaq üçün istefa edirik.






Fikirlər