"Rusiya parçalanır" - Şenderoviç
Vladimir Putinin dövründə Rusiya məhv olmaqda davam edəcək və indi o, bilavasitə parçalanmağa doğru gedir.
Teleqraf.com-un Rusiya mediasına istinadən verdiyi xəbərə görə, tanınmış rusiyalı publisist və hüquq müdafiəçisi Viktor Şenderoviç belə bir fikri ZN UA-ya müsahibəsində söyləyib.
“Hətta ümumi tarixi proseslərlə tanış olanlara bizim çöküşə doğru getdiyimizi izah eləməyə ehtiyac yoxdur”, - deyə o qeyd edib. “Rusiyanın neçə hissəyə parçalanacağı məsələsi mühüm olsa da, ikinci dərəcəlidir...
Əgər rusiyalılar hələ də danışacaqlar ki, Rusiya imperiyadır, bunun özü elə parçalanma deməkdir. Çünki imperiya heç bir halda qalib gələ bilməz. Bizim də heç bir şansımız yoxdur”.