Müharibə, yoxsulluq və Putinin QƏLƏBƏSİNDƏN sonra...
“Rusiya 2018-ci ildə prezident seçkilərində Vladimir Putinin qələbəsindən sonra diqqətini Asiya - Sakit okean regionunda daha çox toplamağa başlayacaq”. Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik şirkətinin proqnoz xarakterli məruzəsində deyilir. Məruzənin müəllifləri hesab edirlər ki, Çinlə güclənən münasibətlər Rusiyaya Qərbdən asılılıq dərəcəsini azaltmağa və öz şərtlərini diqtə etməyə kömək edəcək. Bundan başqa, ekspertlərin fikrincə, 2018-ci ildə Rusiya və Qərb arasında “soyuq müharibə” davam edəcək, gərginlik artacaq və Vaşinqton Moskvaya qarşı ağır sanksiyalar rejimini tətbiq edəcək. Məruzənin müəllifləri əmindirlər ki, sanksiyalarla əlaqədar Rusiyada iqtisadi situasiya pisləşəcək və buna görə də Moskva Çinlə əlaqələrin hesabına öz maliyyə-iqtisadi bazasını gücləndirə bilər. Proqnozlara görə, Qərb Avropada hərbi gücünü artıracaq, Rusiya isə bu regionda zəifləməyə davam edəcək. Analitiklər həmçinin bildirirlər ki, qərbyönümlü kursdan dönməyi arzu etməyən Ukrayna dünya səhnəsində qeyri-sabit verdiyi “payı” artıracaq. Bu ölkədə vəziyyət 2019-cu ildə prezident və parlament seçkiləri ilə əlaqədar kəskinləşəcək.