ABŞ kəşfiyyatının QARABAĞ PROQNOZU, özünü doğruldan QORXUNC SSENARİ…
Düşmən tərəfinin növbəti təxribatı uğursuzluqla nəticələnib. ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kouts Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozla çıxış edib. ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib. Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilir. YPG-nin Dəməşqlə məxfi razılaşma əldə etdiyi iddia olunub. Mixail Saakaşvili Polşaya deportasiya edilib. Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq məktubu dərc edib. NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər. Azərbaycan, Dağlıq Qarabağ Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarixi İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya etiraz edib. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın “arminfo” agentliyinə müsahibə verib. Sensasiya sayıla biləcək müsahibədə Musabəyovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər Bakının 11 aprel prezident seçkilərindən sonra ərazilərin azad olunması istiqamətində “yol xəritəsi”ni tətbiq edəcəyi ehtimalını önə çıxarır. Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasındakı gərginlik irihəcimli hərbi münaqişəyə keçə bilər. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində deyilir. D.Kouts bu il Dağlıq Qarabağda böyük müharibənin başlaya biləcəyini istisna etmir. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirib. Ermənistan “ABŞ-ın Moskvaya qarşı sanksiyaları Azərbaycan və Ermənistanın Rusiyadan silah almasını azalda bilər”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ermənistan mediasına açıqlamasında deyib. ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda xəbərdarlıq edib.Bu barədə “Aykakan Jamanak” qəzetinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat verilib. Məlumata görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb. “Ermənistan PYD/YPG-yə Türkiyə ilə müharibədə dəstək verməlidir”. Bu barədə Rusiyanın erməni əsilli hərbi eksperti Semyon Baqdasarov deyib. Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov Türkiyənin “tarixi düşmənimiz” olduğunu bildirib. “Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi səfərbər etməliyik. Türkiyənin cənub-şərqi Ermənistanla sərhəddir. Unutmamalıyıq ki, bura Qərbi Ermənistan torpağıdır”, - deyə o iddia edib. Baqdasarov Ermənistanın PKK/PYD-yə Türkiyə ilə mübarizədə dəstək verməsini vacibliyini vurğulayaraq, əlavə edib ki, “PKK və PYD/YPG liderləri ilə Qarabağda hərbi ittifaq qurmalıyıq”. Türkiyə, İran, Yaxın Şərq “Hesab etməyin ki, Kipr sahillərində təbii qaz axtarışları və Egey dənizindəki qayalıqlardakı fürsətcil cəhdlər diqqətimizdən yayınır. Kipr və Egeydə həddini keçənlərə buradan xəbərdarlıq edirik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib. Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatını həyata keçirərkən Suriya rejimi PKK\PYD terrorçularına yardım edir."Röyters" agentliyinin araşdırmasında Bəşər Əsəd rejiminin terrorçuların Afrinə silah və yaraqlı daşımasına şərait yaratması ilə yanaşı, terror kortejinin türk ordusuna qarşı göndərilməsi üçün Tel-Rıfat dəhlizini açıq saxladığı qeyd olunub. PKK-nın Tel-Abyad və Qamışlıdan gətirdiyi kortejlər rejimin nəzarətində olan Nubbul və Zəhra xəttindən keçərək Afrinə gəlir. Burada isə Türkiyə ordusuna qarşı döyüşlərə göndərilir. “Suriyanın Afrin bölgəsinə keçən son qrup tanıdığımız PKK terror qrupu deyil”. Bu iddia ilə təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib. Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər. YPG Əsəd rejimi ilə məxfi razılaşma əldə edib. Bu barədə informasiyanı Livanın “Əl Mayadin” televiziyası yayıb. İddiaya görə, YPG/PKK qruplaşması Afrindəki mövqelərini Əsədə verməyə razılaşıb. Əsəd qüvvələrinin Afrinə yaxın zamanlarda gələcəyi olacağı deyilib. Qeyd edək ki, Türkiyə yanvarın 20-dən etibarən Afrində YPG-yə qarşı “Zeytun budağı” əməliyyatları aparır. Əməliyyatdan öncə Rusiyanın YPG-yə Türkiyənin zərbəsindən qaçmaq üçün əlində saxladığı əraziləri, o cümlədən Afrin bölgəsini Əsəd qüvvələrinə verməyi və geri çəkilməyi təklif etdiyi, YPG-nin isə bu təklifi qəbul etmədiyi bildirilmişdi. Suriya ordusu Türkiyənin "Zeytun budağı" əməliyyatı keçirdiyi Afrinə daxil oldu. Bu iddia ilə “Al Mayadeen” televiziyası çıxış edib. Təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar Afrində türk əsgərinə qarşı döyüşən terrorçuların bəzilərinin İran PKK-sı olan PJAK üzvü olduğu haqda məlumat yayıb. Ağar Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların içindəki PJAK üzvlərinin fotolarını yayıb. MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli fransız filosof Bernard Henri Levi ABŞ-ın “The Wall Street” jurnalında dərc olunan məqaləsində NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb. Levi Türkiyənin Afrin əməliyyatının qarşısını alınması üçün Qərbin hərəkətə keçməli olduğunu qeyd edib. “Türkiyənin qarşısı alınmalıdır. Ağlınızı başınıza alın, Türkiyə ilə müzakirələrin dondurulması bəs etmir, münasibətlər tamamilə kəsilməlidir”, - deyə o, Avropa İttifaqına çağırış edib. “Türkiyənin bütün israrlarına baxmayaraq, ABŞ-ın İŞİD-ə qarşı PYD/YPG ilə birlikdə mübarizə aparmasının səbəblərindən biri də Fərat çayının şərqindəki ərəb bölgələrində PYD/YPG ilə öz təsirini təmin etmək və Fəratın şərqi ilə bağlı razılaşmanın olmadığı müddətdə qərbdə rejim, Rusiya və İrana kasıb bir Suriya buraxaraq Pirr zəfəri qazandırmaq istəyidir. Beləliklə, İsraili təhdid edən İranın da əl-qolunu bağlana bilər”. Bunu Türkiyənin Mərmərə Universitetinin siyasi elmlər fakültəsinin doktoru Çingiz Tomar “Anadolu” agentliyinə müsahibəsində deyib. Yaxın Şərqdə baş verən qarşıdurmaları “kiçik dünya müharibəsi” adlandıran Ç.Tomar ABŞ-ın dövlət katibi və səlahiyyətlilərinin Ankaraya səfərlərini şərh edib. ABŞ Aralıq dənizinə açılacaq “terror dəhlizi” planında “Fərat Qalxanı” hərəkatı sonrası dəyişiklik edib. Bunu Afrin sərhəd xəttində xidmət göstərən yüksək vəzifəli hərbçi söyləyib. Onun sözlərinə görə, “terror dəhlizi” Lazkiyədən deyil, İskəndərundan keçməli idi. Fevralın 15-də ABŞ-ın dövlət katibi Reks Tillerson Ankaraya səfər edib.O, həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Prezident Tillersonla danışıqlarında Birləşmiş Ştatlar rəsmisinə rəsmi Ankaranın Amerikadan Suriya və İraqla bağlı gözləntilərini çatdırıb. Fevralın 16-da Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş keçirilib. Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ ilə əlaqələrin düzəldilməsi üçün razılaşma əldə etdiklərini söyləyib. Mövlud Çavuşoğlu Reks Tillersonun səfərindən əvvəl ya əlaqələrin düzələcəyini, ya da tamamilə pozulacağını bildirmişdi. Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə naziri Ceyms Mettis Brüsseldə görüşüb. Nazirlərin görüşü zamanı Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” anti-terror əməliyyatı, ABŞ-ın Türkiyəyə qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış gərginliyə dair məsələlər və s. ətrafında müzakirələr aparılıb. Türkiyənin müdafiə naziri Ceyms Mettislə görüşdən sonra amerikalı həmkarının skandal təklifi barədə danışıb. Türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib. ABŞ kürd müttəfiqləri ilə birlikdə praktik olaraq Suriya ordusuyla açıq qarşıdurmaya daxil olur. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Faktiki Et-Tanf ərazisində 55 kilometrlik zona Amerika hərbçiləri tərəfindən işğal olunub”, - o deyib. Zaxarov qeyd edib ki, amerikalılar Türkiyəni təhrik edərək İraq ərazisi vasitəsilə kürd silahlılarına yeni silah konvoyları göndərir. Rusiya ilə Türkiyə arasında 2020-ci ildə ikinci S-400 razılaşması imzalanacaq. Bununla bağlı Rusiya Müdafiə Nazirliyindən olan mənbə məlumat verib. O bildirib ki, razılaşma ilə bağlı Ankara və Moskva arasında danışıqlar gedir: “İkinci S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinin 2021-ci ildə başa çatması gözlənilir. Bundan başqa, ikinci müqavilədə türk şirkətlərinə S-400 raketlərinin bəzi hissələrinin istehsalına icazə lisenziyasının verilməsi də nəzərdə tutulub”. Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla qarşılaşa bilər. Bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib. Türkiyənin Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ ABŞ səlahiyyətlilərinin İŞİD-lə müarizə mövzusundakı sözlərinin arxasındakı dəhşətli planı açıqlayıb. Bozdağın sözlərinə görə, İŞİD terror təşkilatı bölgənin siyasi hədəflərin həyata keçirilməsi üçün bir alətdir. Hökumət sözçüsü qeyd edib ki, İŞİD bəhanəsiylə yeni bir oyun qurulur. Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek ABŞ və Türkiyə arasında müharibənin başladığını deyib. D.Perinçek qələmə aldığı məqaləsində “Vaşinqton-Ankara trafiki bu müharibənin içindəki gediş-gəlişlərdir”, deyə yazıb. “ABŞ-ın Böyük Yaxın Şərq xəritəsində dəfn ediləcəyini bilirdik. ABŞ Silahlı Qüvvələri, Türkiyə başda olmaqla, Yaxın Şərq ölkələrini bölmə xəritəsini dərc etmişdi. ABŞ xəritə deyil, özü üçün bir məzar qazıb. Xəritəni qaldırsanız, orada bir məzar görərsiniz”. Bunu Türkiyənin “Aydınlıq” qəzetində Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek yazıb. D.Perikcek 29 iyul 2006-cı il tarixində Ankaranın Sakarya kücəsində keçirdiyi mətbuat konfransı və ABŞ-ın səfirliyi qarşısında söylənilən fikirləri xatırladıb: Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini xəbərdar etmişdi.Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirib. “Rusiyalılar bizə dedilər ki, orada lap əvvəldən Rusiya gücləri olmayıb. Düşünürəm ki, elədir. Amma bizdə tam aydınlıq yoxdur ki, orada rejim gücləri nə edirdi? Ən azından, indi orada sakitlikdir”, - amerikalı nazir deyib. Sərhəddə növbəti TƏXRİBAT: Ermənilər öz avtomobillərini yandıraraq geri çəkildilər - FOTO/VİDEO
Azərbaycan XİN Zaxarovaya etiraz etdi
Musabəyovun erməni mediasına sensasiyalı Qarabağ MÜSAHİBƏSİNİN 5 SİRRİ - Bakının yeni PLANI
ABŞ-ın kəşfiyyat şefindən ŞOK QARABAĞ PROQNOZU: bu il Azərbaycan...
XİN-dən ABŞ-ın xüsusi xidmət orqanlarının HESABATINA CAVAB
Vaşinqtondan Kremlə qarşı YENİ QARABAĞ PLANI
ABŞ-dan Ermənistana rus silahları ilə bağlı SƏRT XƏBƏRDARLIQ: Qarabağda...
Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: “Onların bu ssenarilərini pozacağıq” - VİDEO
Amerika əsgərləri “Mehmetcik"lə müharibəyə yollandı – Qorxunc proqnoz ÖZÜNÜ DOĞRULDUR
Telekanalın bölgədəki müxbiri Suriya ordusunun PYD/YPG terror təşkilatına Türkiyəyə qarşı müharibədə dəstək vermək üçün Afrinə girdiyi xəbərini verib.
Qeyd edək ki, Rusiyanın rəsmi “RİA Novosti” agentliyi də Suriya ordusunun yaxın günlərdə Afrinə girəcəyi xəbərini yaymışdı.
“Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam qüvvələrinin nəzarətinə veriləcək. Suriya ordusunun Afrini nəzarətə götürməsi proesesi yaxın günlərdə başlanacaq”, - deyə xəbərdə deyilirdi."Ya Hüseyn" deyib Türkiyəyə qarşı döyüşənlərin kimliyi ŞOK ETDİ: Afrində BÖYÜK TƏLƏ - FOTOFAKT
MOSSAD casusundan Türkiyə ilə bağlı XAİN PLAN: NATO hücum etməli və...
II Dünya müharibəsi də belə BAŞLAMIŞDI - Pirus qələbəsi və ABŞ-ın 4 dövlətə qarşı QORXUNC PLANI
“Zeytun budağı” əməliyyatının ƏSL SƏBƏBİ: Türkiyənin işğalı və... - Xəyanət PLANININ ŞOK DETALLARI
ABŞ və Türkiyə RAZILAŞDI - Çavuşoğlu və Tillerson DETALLARI AÇIQLADI (YENİLƏNİR)
Çavuşoğlu ABŞ-ı TƏHDİD ETDİ: "Ya bunu edəcəksiniz, ya da..."
ABŞ-dan Türkiyəyə skandal TƏKLİF – Müdafiə naziri AÇIQLADI
ABŞ: Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla qarşılaşa bilər
İŞİD dirçəlir, Türkiyəyə hücumlar başlanır – ABŞ-ın çirkin planının PƏRDƏARXASI
Türkiyə-ABŞ müharibəsi BAŞLADI - “Dərin dövlət” HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI
Türkiyənin “dərin dövləti” ABŞ-ın Azərbaycanla bağlı DƏHŞƏTLİ PLANINI AÇDI: Ermənistan...
Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın “məxfi ordu