İşğal planının DETALLARI, 2018-ci ildə Qarabağda MÜHARİBƏ…

İşğal planının DETALLARI, 2018-ci ildə Qarabağda MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kouts Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozla çıxış edib. Vaşinqtondan ürkiyənin çoxdan gözlədiyi bir etiraf gəlib. ABŞ Aralıq dənizinə açılacaq “terror dəhlizi” planında Fərat Qalxanı hərəkatı sonrası dəyişiklik edib. ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri öncəsi bəyanat verib. Rusiya ilə Türkiyə arasında 2020-ci ildə ikinci S-400 razılaşması imzalanacaq. Ukraynada hazırki vəziyyət növbədənkənar seçkilərin keçirilməsinə gətirib çıxara bilər.

Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasındakı gərginlik irihəcimli hərbi münaqişəyə keçə bilər. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində deyilir.

Məruzədə 2018-ci ildə ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər yer alır.

D.Kouts bu il Dağlıq Qarabağda böyük müharibənin başlaya biləcəyini istisna etmir.

 

ABŞ-ın kəşfiyyat şefindən ŞOK QARABAĞ PROQNOZU: bu il Azərbaycan...

 

İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir. Bu barədə Konqresin Senatında dinləmələr zamanı ABŞ Milli Kəşfiyyatın rəhbəri Deniel Kouts bildirib.

“İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir və ölkə hüdudlarından 2 min kilometrədək kənarda yerləşən hədəflərə zərbələr endirə bilər. Tehranın hərbi potensialı ABŞ-a, ölkənin bölgədəki qoşunlarına və müttəfiqlərinə təhlükə yaradır”, - deyə Deniel Kouts bildirib.

 

ABŞ kəşfiyyatı: İran bölgədə ən böyük ballistik raket arsenalına malikdir

 

ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun ABŞ Konqresinə təqdim etdiyi “Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində Türkiyənin çoxdan gözlədiyi bir etiraf yer alıb. Məruzədə YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğu və muxtar bölgə axtarışında olduğu qeyd edilib.

 

Türkiyə bunu gözləyirdi - ABŞ kəşfiyyatından ŞOK ETİRAF

 

“Türkiyənin bütün israrlarına baxmayaraq, ABŞ-ın İŞİD-ə qarşı PYD/YPG ilə birlikdə mübarizə aparmasının səbəblərindən biri də Fərat çayının şərqindəki ərəb bölgələrində PYD/YPG ilə öz təsirini təmin etmək və Fəratın şərqi ilə bağlı razılaşmanın olmadığı müddətdə qərbdə rejim, Rusiya və İrana kasıb bir Suriya buraxaraq Pirr zəfəri qazandırmaq istəyidir. Beləliklə, İsraili təhdid edən İranın da əl-qolunu bağlana bilər”. Bunu Türkiyənin Mərmərə Universitetinin siyasi elmlər fakültəsinin doktoru Çingiz Tomar “Anadolu” agentliyinə müsahibəsində deyib.

Yaxın Şərqdə baş verən qarşıdurmaları “kiçik dünya müharibəsi” adlandıran Ç.Tomar ABŞ-ın dövlət katibi və səlahiyyətlilərinin Ankaraya səfərlərini şərh edib.

 

II Dünya müharibəsi də belə BAŞLAMIŞDI - Pirus qələbəsi və ABŞ-ın 4 dövlətə qarşı QORXUNC PLANI

 

ABŞ Aralıq dənizinə açılacaq “terror dəhlizi” planında “Fərat Qalxanı” hərəkatı sonrası dəyişiklik edib. Bunu Afrin sərhəd xəttində xidmət göstərən yüksək vəzifəli hərbçi söyləyib.

Onun sözlərinə görə, “terror dəhlizi” Lazkiyədən deyil, İskəndərundan keçməli idi.

 

“Zeytun budağı” əməliyyatının ƏSL SƏBƏBİ: Türkiyənin işğalı və... - Xəyanət PLANININ ŞOK DETALLARI

 

ABŞ Türkiyə ilə eyni istiqamətdə çalışmağa davam etməyin yolunu tapmalıdır. Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.

“Türkiyəyə qarşı təhdidlərin azaldılması üçün əməkdaşlıq barədə danışmalıyıq”, - Tillerson deyib.

Qeyd edək ki, Reks Tillerson sabah Türkiyəyə səfər edəcək.

Rusiya ilə Türkiyə arasında 2020-ci ildə ikinci S-400 razılaşması imzalanacaq. Bununla bağlı Rusiya Müdafiə Nazirliyindən olan mənbə məlumat verib.

O bildirib ki, razılaşma ilə bağlı Ankara və Moskva arasında danışıqlar gedir:

“İkinci S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinin 2021-ci ildə başa çatması gözlənilir. Bundan başqa, ikinci müqavilədə türk şirkətlərinə S-400 raketlərinin bəzi hissələrinin istehsalına icazə lisenziyasının verilməsi də nəzərdə tutulub”.

Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər. Bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib.

“Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, - deyə diplomat bildirib.

Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb. Bundan əvvəl Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, Fələstin xarici tərəfdarlarla İsraillə münaqişənin nizamlanmasının yeni çoxtərəfli formatın yaradılması üzərində çalışır.

Çin Amerikanın maarifləndirici və elmi müəssisələrində yerləşdirilən “alim agentləri”n köməyi ilə ABŞ-ı dünya dövləti statusundan məhrum etməyə fəal şəkildə çalışır. Bu haqda ABŞ Konqresinin Senatında çıxışı zamanı Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey bildirib.

Reyin sözlərinə görə, Çin agentləri lazımi məlumatları əldə etmək üçün elmi cəmiyyətin açıq olmasından və “sadəlövhlüyündən” istifadə edirlər.

 

Çindən AĞLAGƏLMƏZ PLAN: ABŞ bu üsulla sıradan çıxarılacaq

 

Ukraynada hazırki vəziyyət növbədənkənar seçkilərin keçirilməsinə gətirib çıxara bilər. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Den Kouts Senatda çıxış edərkən deyib.

O bildirib ki, belə bir hadisəyə əhalinin islahatların tempindən narazılığı, həyat səviyyəsinin pisləşməsi, korrupsiyanın güclənməsi və siyasi müqavimətin kəskinləşməsi səbəb ola bilər. Hesabatda qeyd olunur ki, müxalifət cəmiyyətdə yaranmış vəziyyətdən istifadə edərək Ukrayna prezidenti Pyotr Poroşenkonu və hakim koalisiyanı seçkiöncəsi zəiflətməyə çalışacaq. Kəşfiyyatın fikrincə, bütün bunlar Ukraynanın iqtisadi dirçəlişinə təhdiddir və xarici siyasətdə dəyişikliyə səbəb ola bilər.

Qeyd edək ki, Ukraynada prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.






Fikirlər