ÇANAQQALA Zəfərinin ildönümündə TÜRK Ordusu AFRİNƏ GİRDİ – TÜRKİYƏ dünyaya MESAJ verdi
Bildiyimiz kimi artıq Türk Ordusu Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” əməliyyatının 58-ci günündə Afrinin mərkəzinə girib. “A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Afrində quru əməliyyatına başlayan Türk Ordusuna hərbi təyyarələr vasitəsiylə də havadan dəstək verilir. Türkiyə Cümhuriyyəti tarixində qəhrəmanlıq nümayiş etdirən, kimsəyə boyun əymədən bütün gücünü, qüvvəsini və hakimiyyətini ortaya qoyan türk əsəgərləri adını yazdırdığı 18 mart Çanaqqala Qələbəsinin 103-cü ildönümündə Afrinin mərkəzində başladılan əməliyyatla Türkiyəyə əngəl olmaq istəyənlərə mesaj göndərib.