“Avropa RUSİYANIN SİMASINDA düşmən yaradır ki…” – JİRİNOVSKİ

jirik

ABŞ-dan, Kanadadan və Avropa ölkələrindən rusiyalı diplomatların çıxarılması onu göstərir ki, Avropaya Rusiyanın simasında düşmən lazımdır.

Trend-in məlumatına görə, bunu rusiyalı deputat Vladimir Jirinovski öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, bu addımın məqsədi Avropa İttifaqını (Aİ) parçalamaqdan qorumaqdır:

Avropa İttifaqı parçalanaır. Bəs onu xarici təhdid olmadan necə saxlamaq olar? Qorxu amili lazımdır. Müsəlmanlar artıq onlar qorxutmur, Avropa ölkələrində ərəb ölkələrindən artıq milyonlarla qaçqın yaşayır. Çin isə çox uzaqdadır. Ona görə də, ancaq Rusiya qalır”.

Qeyd edək ki, martın əvvəllərində Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ölkədən çıxarıb.






Fikirlər