İrandan MÜHARİBƏ anonsuna SƏRT CAVAB
Tehran İrana müharibə mesajı verən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sərt cavab verib. Publika.az xarici mediaya istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımı şahzadənin reallıqları xəyallarla qarışdırdığını bildirib. “Reallığı xəyallarla qarışdıran və müharibə xəyalları quran bu təcrübəsiz müharibənin nə olduğunu bilir, ya da tarixi oxumayıb. Yaxud da təəssüf ki, ağıllı biri ilə məsləhətləşməyib”, - o deyib. Xatırladaq ki, “Vol Strit Jurnal” qəzetinə müsahibə verən Məhəmməd bin Salman Səudiyyə Ərəbistanı və İran arasında müharibənin 10-15 il sonra başlaya biləcəyini söyləyib. “Qərb Tehrana qarşı sanksiyalar rejimini sərtləşdirməlidir. Biz uğur qazanmalıyıq ki, hərbi konfliktdən qaça bilək. Əgər istədiyimizə çata bilməsək, o zaman İranla 10-15 il sonra müharibə etməli olacağıq”, - deyə o bildirib.