Səudiyyə ƏRƏBİSTANININ şahzadəsi: "10-15 il sonra İRANLA MÜHARİBƏ başlaya bilər"

Əgər Ər-Riyadın hərbi münaqişənin başlamamasına yönəldilmiş səyləri müvəffəqiyyətlə nəticələnməsə, 10-15 il sonra Səudiyyə Ərəbistanı və İran arasında müharibə başlaya bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Amerikanın "The Wall Street Journal" qəzetinə müsahibəsində Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl Səud xəbərdarlıq edib.

O, növbəti dəfə İran İslam Respublikası rejiminə təzyiqin gücləndirilməsi məqsədi ilə Tehran barəsində sanksiya rejiminin sərtləşməsinə fikrini bildirib.

"Hərbi münaqişədən qaçmaq üçün bizə müvəffəqiyyət qazanmaq lazımdır", - deyə şahzadə qeyd edib. Qeyd edək ki, o, keçən həftə ABŞ prezidenti Donald Trampla İrana əks təsiri, İŞİD terror qruplaşmasıyla mübarizəni və Yəməndə vəziyyəti müzakirə edib.

"Əgər biz çalışmalarımızda müvəffəqiyyət qazanmasaq, ehtimal ki, 10-15 il sonra İranla müharibə olacaq", - deyə Məhəmməd bin Salman əl Səud xəbərdarlıq edib.






Fikirlər