“ƏLCƏZAİRDƏ 5 MİLYON İNSANI QƏTLƏ YETİRƏNLƏR indi BİZƏ DƏRS KEÇİRLƏR” – ƏRDOĞAN
“Bu gün yüzdən çox ölkədən 250 müsəlman lider, təmsilçi, akademik və yazar qonağımzdır”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən dünya müsəlman azlıqların toplantısında bildirib. O, Qərb ölkələrini ikili standartlarda və ayrı-seçkilikdə ittiham edib: “Siz Əlcəzairdə 5 milyon insanı qətlə yetirmisiniz. İndi gəlib bizə dərs keçirsiniz? Qərb dünyası İslam üzərindən öz həyat tərzini başqalarına qəbul etdirməyə çalşır. Terrorçu qruplaşmalar da həmin layihələrdən biridir. Almaniya, Hollandiya, Belçika və Fransa irqçilərin məskənidir. Fransada baş örtüklü qadınlara hücum edilir. Fransa qaraçıları ölkədən qovdu. Avropa İttifaqının qanunlarında bununla bağlı bir maddə varmı? Ancaq biz qaraçılarla bir yerdə yaşayırıq. Mən onların içində yaşadım. Bələdiyyə baçşısı, millət vəkili, baş nazir və prezient oldum”.