İKİ DÜNYA LİDERİNİN GÖRÜŞÜ OLACAQ

İki dünya liderinin görüşü olacaq 

ABŞ prezidenti Donald Trampın Çin lideri Si Tsinpinlə görüşü gözlənilir.

 “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Tvitter səhifəsində yazıb: “Mənim Si Tsinpinlə çox yaxında görüşüm gözlənilir. Bizim hər zaman yaxşı əlaqələrimiz olacaq!”. 

Tramp , eyni zamanda xatırladıb ki, hazırda maliyyə naziri Stiven Mnuçinin rəhbərliyi ilə ABŞ nümayəndə heyəti Çindədir. Tərəflər arasında bərabər şərtlərlə ticarət əlaqələri məsələsi müzakirə ediləcək. 






Fikirlər