«GƏLİN,TİCARƏT SAHƏSİNDƏKİ SAZİŞLƏRƏ ƏMƏL EDƏK!» – Çindən ABŞ-a çağırış
Ticarət sahəsində Çin Xalq Respublikası (ÇXR) ilə artıq əldə olunmuş konsensusa yönəlik Amerika Birləşmiş Ştatlarının (ABŞ) mövqeyinin kəskin dəyişməsi Vahinqtona olan inamı aşağı salır, Bu zaman Pekin ortada olan fikir ayrılıqlarının konstruktiv dialoq yolu ilə həllinə sadiq qalır.
«AzPoitika.info»-nun xarici KİV-ə imtinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə günü brifinqdə ÇXR Xarici İşlər Nazirliytnin (XİN) rəsmi nümayəndəsi Xua Çunin bəyan edib.
«Mən, ümid edirəm ki, siz hamınız mənimlə razılaşarsınız – beynəlxalq münasibətlərdə fikirlərini qəfil dəyişən və ya kursunda kardinal dəyişiklik edən ölkəyə olan inamın səviyyəsini aşağı düşür. ABŞ tərəfinin bəyanatları lap bu yaxınlarda Vaşinqtonda Çin və ABŞ arasında əldə olunmuş konsensusla daban-dabana ziddiyyət təşkil edir» - deyə, diplomat bəyan edib.
Onun sözlərinə görə, «Çin, ticarət prolblemlərinin bərabərhüquqlu dialoq vasitəsilə həllinə sadiqdir».
«Biz, ABŞ-ı öz sözlərinə sadiq qalmağa və Çinlə əldə olunmuş birgə kommünike əsasında işləməyə çağırırıq» – Xun Çunin əlavə edib.
Xanım diplomat qeyd edib ki, Pekin artıq neçənci dəfədir, bəyan edir ki, ticarət müharibəsi istəmir, amma həm də belə müharibədən qorxmur. ÇXR öz maraqlarını, onları təhdid edən hər şeydən qorumağa hazırdır. Əgər ABŞ məhz bu yolla getmək fikrindədirsə, Çin də öz qanuni maraqlarını qorumaq üçün vacib ölçüləri götürmək niyyətindədir.