Netanyahudan 50 milyon iranlı barədə ŞOK VİDEOMÜRACİƏT

Netanyahudan 50 milyon iranlı barədə ŞOK VİDEOMÜRACİƏT

İsrailin baş naziri Benyamin Netanyahu sudan istifadə ilə bağlı qabaqcıl texnologiyaları internetə çıxaracağına söz verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, bu texnologiyalar milyonlarla iranlıya quraqlıqdan və aclıqdan qaçmağa kömək edəcək.

O, İran hakimiyyətinin məlumatını səsləndirib. Bu məlumata görə, ölkənin 96 faizi quraqlığa bu və ya digər dərəcədə meyillidir. 50 milyon sakinin iqlim dəyişikliklərinə görə öz evlərini tərk etməyə məcbur ola biləcəyi deyilir.

“İsrail İranda ekoloji faciənin qarşısını almağın yolunu bilir. Mən bunu İran xalqı ilə bölüşmək istəyirəm. Biz yağış sularını yenidən emal olunması, məhsulun xilası və ailələrin yedizdirilməsi barədə təlimatları internetdə yerləşdirəcəyik”, - Netanyahu ingilis dillndə videomüraciətində deyib.

Baş nazir İranda səsləndirilən “İsrailə ölüm!” şüarlarını xatırladıb:

“İran rejimi qışqırır: “İsrailə ölüm”. İsrail isə cavabında qışqırır: “İran xalqının həyatı. Ləyaqətli İran xalqı amansız rejimə qarşı tək durmamalıdır. Biz sizinləyik”.






Fikirlər