"SƏRDAR CƏLALOĞLU tamamilə BAŞINI İTİRİB" — Arif Rəhimzadədən ADP sədrinə SƏRT REAKSİYA
"AzerTaym.az" bildirir ki, Komitə sədri mövzu ilə bağlı "Ölkə.Az"a açıqlamasında bildirib ki, bu cür düşünənlər müstəqil Azərbaycan dövlətçiliyini istəmirlər: "Mən onun bu cür çıxışları ilə hələ tanış deyiləm. Əgər Sərdar Cəlaloğlu doğrudan da belə fikirlər səsləndiribsə, o çox böyük səhv edir. Görünür ki, o, tamamilə başını itirib". A.Rəhimzadə deyib ki, Azərbaycan dövlətinin müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu var: "Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bəlkə də müstəqilliyimizi qoruyub saxlaya bilməzdik. Çünki yeni müstəqillik qazanan dövrdə Azərbaycanda vəziyyət qeyri-sabit idi, müstəqilliyimizə qarşı ciddi təhlükələr var idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşdüyü böhrandan xilas etdi".