ABŞ-la müharibədə Rusiyanın bu SİLAHLARI işləməyəcək – SİYAHI

ABŞ-la müharibədə Rusiyanın bu silahları işləməyəcək – SİYAHI

ABŞ-ın rəqibi olaraq Rusiya və Çinin yeddi ən yeni silahından qorxmamaq lazımdır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “We Are The Mighty” nəşri yazıb.

Amerika nəşri istehzalı formada siyahıya 5 Rusya və 2 Çin silahını daxil edib. Nəşr hesab edir ki, bu silahlar əslində elan olunan xarakteristikalara malik deyil və işləmək qabiliyyəti yoxdur.

Kiçik qabaritli nüvə enerjisi ilə işləyən Rusiyanın qanadlı raketi “Burevestnik” anti-reytinqin lideri olub. Həmçinin, siyahıya Rusiyanın ən yeni tankı olan T-14 “Armata” (3-cü yer), təkərli (“Bumeranq”) və tırtıllı (“Kurqanes-25”) orta platformalar (4-cü), beşinci nəsil çoxfunksiyalı “Su-57” qırıcısı və “Admiral Kuznetsov” ağır aviadaşıyıcısı (sonuncu yer) daxildir.

Xatırladaq ki, ABŞ-ın “The National Interest” nəşri bu ilin aprel ayında dərc etdiyi bir materialda “Admiral Kuznetsov”u dünya tarixində suya buraxılan və hazırda da silahlanmada olan ən pis aviadaşıyıcı adlandırmışdı.

Çinin beşinci nəsil “Chengdu J-20” və “Shenyang J-31” qırıcıları (2-ci yer) ilə “Shenyang J-15” göyərtə qırıcısı ABŞ-ın qorxmamalı olduğu silahların siyahısına daxil edilib.






Fikirlər