Rusiyanın ABŞ-a gizli SURİYA təklifinin detalları açıqlandı

Rusiyanın ABŞ-a gizli Suriya təklifinin detalları açıqlandı

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin rəisi Cozef Danforda Suriyada vəziyyətin sabitləşdirilməsinə dair gizli məktub göndərib.

AzerTaym.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, V.Gerasimov Vaşinqtonu Bəşər Əsədin nəzarət etdiyi rayonların bərpasına kömək etməyə çağırıb. Bundan başqa Moskva suriyalı qaçqınların doğma torpaqlarına qaytarılması üçün kömək istəyib.

Agentlik qeyd edir ki, təklif Vaşinqtonda “çox soyuq” qarşılanıb. O da bildirilir ki, V.Gerasimovun məktubu ABŞ və Rusiya liderlərinin görüşündən bir neçə gün sonra – iyulun 19-da göndərilib.






Fikirlər