Seymur Həzinin həbs müddəti uzadılıb - Məhkəmə

 Image result for seymur həzi"

AXCP sədrinin müavini Seymur Həzinin barəsindəki inzibati həbsin müddətindən Xətai rayon 34-cü Polis Bölməsinin rəisi apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə S. Həzinin həbs müddəti 15 gündən 30 günə qaldırılıb. Bu barədə məlumatı onun həyat yoldaşı Nigar Həzi şəxsi "Facebook" hesabında yayıb.

Qeyd edək ki, Seymur Həzi oktyabrın 15-də saxlanılıb və barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 15 gün inzibati həbs cəzası verilib.






Fikirlər