RUSİYA BELARUSU "ƏLƏ SALIR"... - "Rusiyanın tərkibində muxtar vilayət olsun"

MDB ölkələri İnstitutunun Belarusdakı nümayəndəsi Nikolay Sergeyev 3 Rusiya bölgəsinin (Pskov, Smolensk və Kalininqrad vilayətləri) hesabına Belarusun genişləndirilməsini təklif edib. 

«Siyasiyəbənzər» ekspertin fikrincə, belə geosiyasi bonusun qarşılığında Belarus Rusiya ilə «muxtar vilayət» statusunda birləşməyə razı ola bilər.

Sergeyevin təşəbbüsü barədə «Bulba-səltənət» teleqram-kanalı xəbər verib və qeyd edib ki, Rusiya üçün bundan ziyanlı ideya tapmaq çətin olardı.

«Bundan başqa, sovet «idiotu» Sergeyev digər ideyalarla da çıxış edir ki, onların reallaşması Rusiyanın parçalanmasına gətirib çıxara bilər.

Məsələn, «gəlin Kalininqrad, Pskov və Smolensk vilayətlərini «move»yə öyrədək və rus dilindəki "tabliçkaları" yığışdıraq. Bununla  o, Belarus gənclərini Rusiya ilə qorxudur - onlara yarım əsr köhnəlmiş nağılları danışır» - deyə, «Bulba-səltənət» yazır.

Yarım ay bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanovla görüşü zamanı bəyan etmişdi: «Kalininqrad bizim vilayətdir, ona görə hər şeydən əvvəl biz cavab veririk, Rusiya yox. Hələ SSRİ dövründə - vahid ölkə mövcud olan vaxtlarda ən yüksək səviyyələrdə  Kalininqradı Belarusa birləşdirmək barədə çoxlu söhbətlər olub…»  AzPolitika.info

 






Fikirlər