Fəzail Ağamalı Baş Prokurorluqdan tələb etdi: “Vüqar Səfərli barədə cinayət işi qaldırılsın!”
Əli Həsənov və komandasının mətbuata dəstək adı altında korrupsiya ilə məşğul olması həmişə müzakirə mövzusu olub. Xüsusilə jurnalistlərə ev paylanılmasında ədalətsizliklərin baş alıb getməsi, ehtiyac içində boğulan qələm adamları dura-dura, Mətbuat Şurasının üzvlərinin qohum-əqrəbalarının, katibələrinin, dayıoğlu-bibinəvələrinin evlə təmin olunması jurnalistlərin də ciddi etirazlarına yol açmışdır. Ovqat.com-un məlumatına görə, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının bu gün mediayaya verdiyi müsahibəsində üzərində durduğu əsas məsələ də bununla əlaqədardı. Millət vəkili Reaksiya TV-nin ekranından üzünü Baş Prokurorluğa tutaraq, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun korrupsiya əməllərini araşdırmaq və Fondun rəhbərliyi barədə cinayət işi açılmasını tələb edib. Fəzail Ağamalı Fondun sədri Vüqar Səfərlinin konkret adını çəkərək deyib: “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait onun atasından, nəslindən-kökündən qalan puldur ki, istədiyi yerə xərcləsin?” Millət vəkilinin şok açıqlamasını təqdim edirik: