"Pandemiya dövründə Azərbaycanda bu cür halların yaranmasına imkan verilmədi" — Deputat
Azərbaycanda ünvanlı dövlət sosial yardımın verilməsinə güclü nəzarət var. Dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım mexanizmləri sadələşdirilib, təyinat şərtləri yumşaldılır. Bu da daha çox ailənin bu proqramdan yararlanmasını təmin edir. Demokrat.az xəbər verir ki, bunu trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, pandemiya dövründə bəzi dövlətlərdə bu sahədə ləngimələr olsa da, Azərbaycanda bu cür halların yaranmasına imkan verilmədi: "Cənab Prezident pandemiya dövründə əhalinin sosial rifahının zəifləməməsi, sahibkarların bu dövrdən az ziyanla çıxması üçüb bütün lazımı tədbirləri gördü. Artıq sosial yardım alan ailələrin sayı 10 min artırılıb. Həmçinin, dövlət başçısının tapşırığı ilə sosial yardım alma müddəti bitən ailələrin yardım müddəti də uzadıldı. Həmin ailələr karantin müddəti bitəndən sonra daha bir ay bu yardımdan faydalana biləcək". Deputat bildirib ki, aprelin 1-dən ünvanlı sosial yardım alan aztəminatlı ailələrin sayı 80 min olub: "Artıq sosial yardım alanların sayı 330 min nəfərdir. Hər ailəyə düşən ünvanlı sosial yardımın məbləği 222 manatdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım mexanizmləri sadələşdirilib, təyinat şərtləri yumşaldılır. Bu da daha çox ailənin bu proqramdan yararlanmasını təmin edir. Bu bir daha sübut edir ki, dövlət başçısı aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür".