“Hakimiyyətin dəyişiklik niyyəti hiss edilir, ancaq proses ÇOX LƏNG gedir” – Tural Abbaslı

 Karantin rejimində partiya sədrlərinin də sərbəst hərəkətinə imkan yaradıla bilərdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədaxili siyasi münasibətlərin normallaşdırılmasına yönəlik addımlara münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədrinin sözlərinə görə, hakimiyyət daxilindəki bəzi çevrələrin siyasi münasibətlərin yenilənməsində maraqlı olmadıqları hiss edilir:

Pandemiyadan öncə hakimiyyətlə müxalifət arasında əlaqə quruldu və siyasi partilayalarla birbaşa ünsiyyət yarandı. Partiya sədrləri ilə görüşlər keçirildi, onların problemləri haqqında məlumat götürüldü.

Bundan sonra ölkə prezidenti bu görüşlərin dialoq olduğunu bəyan etdi. Prezident çıxışında bildirdi ki, bu dialoqdur və başlanan proses davamlı şəkildə aparılacaq. Eyni zamanda, siyasi münasibətlər sisteminin yenilənəcəyi bildirildi.

Novruz bayramı münasibəti ilə Prezident Administrasiyasından mənə və başqa müxalifət partiyalarının sədrlərinə zəng vurub təbrik etdilər. Təəssüf ki, pandemiyanın yayılması bu əlaqələri xeyli zəiflətdi.

Bununla yanaşı, karantin rejimində partiyaların normal fəaliyyət imkanları məhdudlaşdırıldı, təşkilat sədrlərinin sərbəst hərəkətinə imkan yaradılmadı.

Təsəvvür edin, marketdə çalışanlara belə fəaliyyət sərbəstliyi verildiyi halda, partiya sədrlərinə heç bir güzəşt edilmədi. Bu yanaşma hakimiyyətdəki bəzi dairələrin müxalif partiyalara münasibətlərinin dəyişməməsinin göstəricisi kimi qiymətləndirilir.

Ümid edirik ki, pandemiya bitəndən sonra əlaqələr yenidən bərpa olunar və daha konkret addımlar atılar. Ümumi götürəndə, hiss olunur ki, hakimiyyət öz daxilində dəyişikliklər edir. Belə bir istəyin olduğu sezilir, ancaq proses çox ləng gedir. Məncə, prosesi sürətləndirmək lazımdır”.






Fikirlər