Rusiyanın taleyində tatar amili - tarixi faktlar, reallıqlar, rus aparıcının ETİRAFI - VİDEO

Tarixçi alim Dilavər Əzimlidən ilginc açıqlamalar: “Rusiyada olan familiyaların çoxunun türk adı olmasına təəccüblənməyin”

Bu günlərdə Rusiya televiziyalarından birində yayılan kadrlar Azərbaycanda xeyli maraq doğurdu. Rus aparıcı həmin kadrlarda tatarların Rusiyanın taleyində oynadığı roldan bəhs etdi və onların rolunu yüksək dəyərləndirdi.

Hər halda sadə bir məsələ deyil, söhbət bir tatarın tatarların üstün mövqeyi və tarixdəki rolu barədə dediklərindən getmir, rus milliyyətindən olan şəxsin etirafından gedir. Elə sosial şəbəkələrdə bir rus spikerin tatar amilinə bu qədər önəm verməsi, ilginc etirafı səbəbindən sözügedən kadrlar sosial mediada azərbaycanlılar tərəfindən də paylaşıldı, təqdir edildi.

 

фзфкшсш.JPG (56 KB)

Xatırladaq ki, Tatarıstan Muxtar Sovet Respublikası 1920-ci ilin 27 mayında yaradılıb. Mərkəzi Kazan şəhəri olan Tatarıstan Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axını boyunda yerləşir. Sahəsi 68 min km², əhalisi (1989-cu il statistikası) 3 637 809 nəfərdir). Muxtar Respublikanın 37 rayonu, 18 şəhəri, 22 şəhərtipli qəsəbəsi var.

Rus aparıcı da tatarları Muxtar Respublikanın yaranması münasibətilə təbrik etməklə yanaşı, tatar milliyyətindən olan məşhur soyadları sadaladı: Qodunov, Şeremetev, Suvorov, Kutuzov, Uvarov, Naximov, Yusupov, Qlenişev, Yermolov...Aparıcı “onlarsız Rusiyanı necə təsəvvür etmək olar?”-deyə bildirdi. Daha sonra o, tatar milliyyətindən olan mədəniyyət xadimlərinin də adını sadalayaraq əlavə etdi ki, onlarsız bugünki Rusiya olmazdı. 

Çingiz xan haqda 10 maraqlı - Fakt

Tatarların tarixindən danışarkən Tatar-Moğolların birgə qurduğu Böyük Türk Moğol İmpеratorluğunu, onun qurucusu, əslən monqol olan Çingiz xanı xatırlamamaq olmaz. Çingiz xanın 1227-ci ildə ölümündən sonra dövlət onun dörd oğlu tərəfindən idarə olunub. Tarixi mənbələrdə göstərilir ki, İmpеratorluğun güclü dövrlərində Çingiz oğulları mərkəzi hakimiyyətə sədaqətlə bağlı olub, hakim olduqları ölkələri bir vali kimi idarə еdib, lakin mərkəzi hakimiyyət zəiflədikdən sonra impеratorluq dörd böyük hissəyə ayrılıb. Bir tərəfdən monqol tatarları, digər tərəfdən Krım tatarları böyük bir coğrafiyada önəmli rol oynayırdılar.

Bəs, Krım savaşında Osmanlıya qarşı döyüşmüş Pavel Naximovla nə edək - tarixçi deyir ki... 

Kazan Xanlığı da tatarların taleyində mühüm rol oynayıb. Qərbdə Kazan xanlığının ərazisini Moskva knyazlığından Sura çayı ayırırdı. Şərqdə Kazan xanlığı Viyatka çayına qədər uzanırdı. Kazan xanlığı mənbələrdə ilk dəfə 1445-ci ildən xatırlanır. Xanlığın ilk xanı Ulu Məhəmməd olmuşdur və o, xanlığın əsasını qoymuşdur. 1521-ci ildə saray çevrilişi nəticəsində hakimiyyətə Krım xanlığının nümayəndəsi Sahib Girey keçdi. Sahib Girey Kazan xanlığında olan rusları sıxışdırmağa başladı. Bu vaxt Krım xanı Məhəmməd Girey (Sahib Gireyin qardaşı) Krım və Noqay qoşunları ilə rus dövlətinə hərbi səfər təşkil etdi.O, Nijni-Novqorodu alıb Moskvaya yaxınlaşdı, amma onu ala bilmədi. Kazan xanlığı 28 il Krım xanlığının tabeliyində qaldı.  1552-ci ildə Litva ilə müharibəni qurtarmış rus çarı III Vasili qüvvəsini Kazan xanına qarşı yönəltdi. Sahib Girey ruslarla toqquşmadan çəkindi və Türkiyənin vassallığını qəbul etdi. Lakin Rusiya Türkiyə ilə Kazan xanlığının bu razılığına qarşı çıxdı və Sahib Gireyə qarşı müharibəyə başladı. Bu vaxt hakimiyyətə gəlmiş IV İvan Volqaboyunu işğal etmək istəyirdi. O, özü başda olmaqla 1548 və 1550-cı illərdə iki dəfə Kazan xanlığına qarşı hərbi səfər təşkil etdi, lakin hər iki yürüş uğursuz oldu. Kuçakın ordusu rus qoşunlarını qovub cıxartdı. IV İvan 1551-ci ildə Kazan yaxınlığında Sviyajsk qalasını tikdi. Bu qala Kazan xanlığına həlledici hücum üçün hərbi baza oldu. IV İvan 1552-ci ilin avqustunda yeni hərbi səfər təşkil etdi. Rus ordusu 150 min döyüşçü və 150 topdan ibarət idi. Səfər 40 gün çəkdi. Rus ordusu Kazan şəhərini mühasirəyə aldı və 1552-ci il oktyabrn 2-də şəhəri tutdu. Sonuncu Kazan xanı Yadigar xan əsir alındı. Lakin rus qoşunlarına qarşı mübarizə uzun müddət davam etdi. 1552-ci ilin dekabrında iri feodallardan biri olan Hüseyn Seidin başçılığı ilə milli azadlıq hərəkatı baş qaldırdı. Rus mütləqiyyətinin silahlı qüvvələrinin gücü ilə azadlıq hərəkatı amansızcasına yatırıldı və Kazan xanlığının ərazisində “sakitlik” yaradıldı. Kazan xanlığı ləğv edildi. Beləliklə, bu zəngin ölkə Rusiyanın müstəmləkəsinə çevrildi.

IV İVAN (İVAN QROZNI) - Uşaq Bilik Portalı

Bеləliklə, tatarların bir qismi çar IV İvan dövründən başlayaraq qətlə yеtirilmiş, bir qismi mərhələ-mərhələ rus çarlarının sürgün siyasətinə məruz qalmış, bir qismi Rusiyada 1917-1920-ci illərdə baş vеrən vətəndaş müharibəsi dövründə öz vətənlərini tərk еtmiş, bir qismi 1937-ci il Stalin tеrroru nəticəsində məhv еdilmiş, tеrrordan qurtulanlar isə ölkəni tərk еdərək Rusiyanın müxtəlif yеrlərinə və Orta Asiyaya qaçmağa məcbur olmuş, öz milliyyətlərini dəyişmiş və nəticədə tatarların 75 faizi dünyanın müxtəlif yеrlərinə səpələnmişlər. Bu da azmış kimi, Sovеt dönəmində onların öz vətənlərinə qayıtmaları yasaqlanmış, tatarların bir qismini də assimilyasiyaya uğradaraq ruslaşdırmış, tatarların yеrinə külli miqdarda rus yеrləşdirmişlər. Ona görə də bugünkü Tatarıstan Muxtar Cümhuriyyətində cəmi 25 faiz tatar qalmışdır. Bu gün tatarlar Rusiya Fеdеrasiyasından əlavə, Özbəkistanda, Qazaxıstanda, Ukraynada, Tacikistanda, Qırğızıstanda, Türkmənistanda, Azərbaycanda, Bеlarusda, Litvada, Latviyada, Еstoniyada, Moldoviyada və dünyanın digər ölkələrində yaşamaqdadırlar. Ümumiyyətlə, tatarların təqribən 25 faizi Rusiya Fеdеrasiyasından kənarda yaşayır. Rusiya Fеdеrasiyası və ayrı-ayrı ölkələrin tərkibində olan və ayrı-ayrı ölkələrdə müxtəlif səbəblərdən yaşayan tatarların ümumi sayı haqqında dəqiq məlumatlar yoxdur. Buna ən böyük təsir göstərən amillərdən biri həmin ölkələrdə siyasi baxımdan türklərin və başqa xalqların siyahıya alınmasında saylarının az göstərilməsidir. Rusiya Fеdеrasiyasındakı türklərin ümumi sayı dəqiq bəlli olmasa da, bəzi azaldılmış statistik məlumatları topladıqda onların ümumi sayının otuz bеş milyona yaxın olduğunu söyləmək olar ki, bunlardan da ən çoxu tatarlardır.

Kırım Tatar Sürgünü nedir ne zaman oldu?

Məlumata görə, əgər Tatarıstan Muxtar Rеspublikası qurularkən tatarların sıx şəkildə yaşadıqları ərazilər bu yеni muxtariyyatın sərhədləri daxilinə qatılsaydı, bu gün biz başqa bir mənzərənin şahidi olacaqdıq. Bеlə ki, bugünkü Tatarıstan Muxtar Rеspublikasından süni şəkildə ruslar tərəfindən siyasi məqsəd üçün kənarlaşdırılan Başqırdıstan, Udmurtiya, Mari, Çuvaş Muxtar Rеspublikaları, Ulyanovski, Orеnburq, Kuybışеv və Kirov Vilayətləri, həmçinin tatarların çoxluq təşkil еtdikləri bugünkü Başqırdıstanın qonşuluğunda olan Çеlyabinski, Svеrdlovski və Pеrm Vilayətləri, Ulyanovskiyə qonşu olan Pеnza, Kuybışеvə qonşu olan Saratov vilayətlərindəki tatarlar, Tatarıstan Muxtar Cümhuriyyətinə qaytarılıb orada yеrləşdirilsəydi, tatarların 78 faizi öz rеspublikalarının sərhədləri daxilində yaşama şansına və bu bölgələrin yеraltı və yеrüstü sərvətlərindən istifadə imkanına malik olacaq, Tatar-Başqırd Cümhuriyyəti adı altında bir müstəqil dövlət kimi bu ərazilərin yеrli xalqı olan bütün türkləri ortaq bir çatı altında toplamış olacaqdı.

Göründüyü kimi, tatarların Rusiyanın taleyində rolu inkarolunmazdır. Ancaq bunun “mükafatı” tatarların rifahına yönəlməyib.

Cəlladımız olan caniləri nə tez unutduq? - Tarixçi Primakovla ...

Dilavər Əzimli

AMEA Tarix İnstitutunun əməkdaşı, tarixçi alim Dilavər Əzimli “Yeni Müsavat”a mövzumuzla əlaqədar maraqlı fikirlər söylədi: “Avropada 30 illik müharibənin nəticəsi o oldu ki, sərhədlər müəyyənləşdi və milli dövlətlər tarix səhnəsinə qədəm qoydular. Bu dövrdə Avropada vüsət götürüb hegemonluq edən dəvlətlər sirasında ilk yerlərdə Böyük Britaniya, Fransa gəlirdi. Bunlar müstəmləkəçi dövlətlər idi. Böyük Britaniyaya “günəş batmayan imperiya” deyirdilər. Artıq XVIII əsrdə bu dövlətlər tarix elminə strateji məsələ kimi baxırdılar. Ona görə də özlərinin tarixi konsepsiyasını işləyib ortaya qoydular. Bu mənada Böyük Britaniya, Fransa tarix elminin 200 yüzdən artıq yaşı vardır. Bu gün onlar bizim tarixi şüurumuzu demək olar ki, satın alıblar. Əksəriyyətimiz tarix elminə onların ortaya qoyduğu tarixi şüur ilə yanaşırıq. Bu dövlətlər sırasına həm də Rusiya daxildir. XVIII əsrin əvvəllərində imperiyaya çevrilən Rusiya da “günəş batmayan imperiya” oldu. Rusiyada da Avropa stilində tarixi yanaşma işlənib ortaya qoyuldu. İstər Avropa, istərsə də Rusiya tarix elmi hind-Avropa nəzəriyyəsindən çıxış edərək tarixdən türk izlərini silməyə başladılar”. D.Əzimli qeyd etdi ki, bu xətt Rusiyada daha sərt şəkildə həyata keçirildi: “Müəyyən müddətdən sonra Rusiyada 190-a qədər türk xalqından 100-nü əritdilər. İlk növbədə onların dilini ruslaşdırmağa başladılar. Baxın, Rusiyanın əksəriyyət qədim və orta əsrlərdə olan şəxsiyyətlərini adları və familiyaları türk adlarıdır. Çünki Rusiya əraziləri türklərin əraziləri olmuşlar. Sonradan bir saxta “slavyan” konsepsiyası işləndi. XX əsrə qədər onları slavyan adlandırmırdılar. Onlara belo rus (ağ rus), malo rus (az rus) və sairə deyirdilər. Ukrayna isə qarışıq idi. Orada çoxluq qıpçaq türkləri olublar. Ruslar onlara okraina (ucqar) deyirdilər. Bu da onların uc torpaqlarda yaşaması ilə bağlıdır. Məsələn, qərbi ukraynalılar heç bir zaman özlərini rus və slavyan saymayıblar. Eləcə də polyaklar, çexlər də... Sadəcə Rusiya, sonradan SSRİ tarix elmi onların hamısına slavyan adı verdi. Məsələn, bolqarların hamısı slavyandırlarmı? Əlbəttə, xeyir... Onların etnogenezisində bulqarlar önəmli rol oynayıblar. Bolqar adı da bulqar sözündəndir. Biz elə bu adın üzərində dayanmaq istərdik. Məsələ ondadır ki, bugünki Tatarıstanın əsas xalqı da bulqarlar olmuşlar. Ruslar həmişə türklərə “tatar” demişlər. Əraziyə də Tatariya deyirdilər. Bu da onlara daha çox tək Tanrıya inandıqları üçün deyilirdi. Düzdür, bunun nə qədər dəqiq olduğunu əsaslandırmaq çətindir. Amma variantlardan biridir və mən də bunu qəbul edirəm”. Tarixçi alim digər bir məqama da diqqət çəkdi: “Ruslar bütün türklərə yanaşmada “tatar” sözün işlədirdisə, bu, o deməkdir ki, həqiqət ola bilər. Hətta mənim yaşadığım Cəlilabad rayonunda bir zaman yaşayan molokan, yəhudi və ruslar da bizə tatar deyirdilər. Bu məsələyə elə-belə toxunmadım. Çünki ruslar, slavyanlar bütpərəst idilər. Türklərsə tək Tanrıçı olmuşlar. Bütün bu suallara cavab vermək üçün biz Bulqar tarixini dərindən araşdırmalıyıq. O cümlədən bulqarlaraqədərki tarixi... O zaman slavyanlar bulqarlara xərac ödəyirdi. Bulqarlar sonradan müxtəlif dövlətələrə bölündülər. Dunay bulqarları, Şimal bulqarları, Volqaboyu bulqralar.... Qıpçaqların gəlişi ilə Avropaya yan aldılar. Orada məskunlaşdılar, dövlətlər qurdular... Sonradan da xristianlığı qəbul edib slavyanlaşdılar. Rusiya ərazilərində də xristianlığı qəbul edənlər ruslaşdılar. Volqaboyu bulqarları isə İslam dini xilas etdi”. D.Əzimli digər maraqlı bir məqamlara da toxundu: “İslam bizim etnik kimliyimizi qorudu. Hansı türk tayfaları ki, İslamı qəbul etdi, türklüyünü də qorudu. Bu əslində, İslam dininin xarakterindən, Qurani-kərimin ayələrindən irəli gəlirdi. İslamı qəbul edən türklər onu qoruyub saxladılar. Həm də bir türk kimi...

 

 

 

Bu mənada Rusiyada olan familiyaların çoxunun türk adı olmasına təəccüblənməyin... Vaxtilə rəhmətlik Baskakov hələ SSRİ zamanında buna böyük bir monoqrafiya həsr etdi. Bunu indiki Rusiya tarixçiləri də yaxşı bilir. Vaxtilə, L.Qumilyov deyirdi ki, bu sizin tarixinizdir, bunu dərindən öyrənin... Baxın, 1917-ci ildə Rusiyada bolşevik çevrilişindən sonra Başqırdıstandan nümayəndə heyəti Əhməd Zəki Vəlidi Toğanın rəhbərliyi altında V.İ.Leninlə görüşür. Başqırdıstan nümayəndə heyəti Leninə təklif edir ki, Rusiya həm də türklərin yurdu olduğu üçün gəlin adını Slavyan-Müsəlman (Türk) dövləti qoyaq. Bunu Mirzə Bala Məmmədzadə yazır. Lenin bu təklifi qəbul edir və bildirir ki, məsləhətləşib cavab verərəcəkdir. Amma cavabı mənfi olur. Onun ətrafındakılar buna razılıq vermirlər. Çünki bu o demək idi ki, müəyyən müddətdən sonra Rusiya tamamilə türk dövlətinə çevriləcəkdir. Vaxtilə Rusiya kimya elminin nəhəng simalarından sayılan D.Mendeleyev yazırdı ki, əgər Rusiya türklərin artım səviyyəsini azalda bilməsə, 1950-ci ildə bütünlüklə türk dövlətinə çevriləcəkdir. Hesab edirəm ki, Rusiyada aparılan repressiyalarda bu amil də az rol oynamadı. Bundan əlavə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Rusiyada bir türk ruhu, müsəlmançılıq ruhu yüksəldi. Yadınıza orada keçirilən müsəlman qurultaylarını salın... SSRİ dönəmində bunların qarşısını almaq üçün ən müxtəlif üsullara əl atdılar. 1917-ci il bolşevik çevrilişindən sonra bütün türk və müsəlman xalqlarının öz dillərində, qəzetləri, məktəbləri, bağçaları, dövlət strukturları var idi. SSRİ yaradıldıqdan sonra bunları qadağan etdilər. Ancaq rus dili hakim oldu. Bütün türk və müsəlman xalqlarını rus adlandırdılar. Düzdü, onları tam əridə bilməsələr də, milli hissin yox olmasında böyük rol oynadı. Bu gün də Rusiya dövlət strukturlarında türk kökənli ruslar çoxdur. Amma onlarda milli hiss yoxa çıxıb. Onlar əsl rusa nisbətən daha çox rusdurlar. Rusiya tarixində türk kökənli sərkərdələr, tarixi şəxsiyyətlər çox olmuşdur. Rusiyanın elita təbəqəsinin familiyalarının böyük əksəriyyəti türk şəcərəsindən gəlir. Təəssüf ki, onların düşmənçiliyi bizə qarşı daha amansız olmuşdur. Lenin yazırdı ki, velikorus şovinizmi daha çox rus olmayanlarda inkişaf edir. Əslində, bu tarixi reallıqdır və bu gün Azərbaycanda da görürük”.

D.Əzimli də əslən tatar olan bir çox tanınmış simaların Rusiya imperiyasının taleyində mühüm rol oynadığını vurğuladı: “Məsələn, Kutuzov, Suvarov, Naximiov, Morozov, Novikov, I Pyotrun ətrafının əksəriyyəti... İvan Qroznı... Onun baş tacında Allah kəlamı yayılmışdı. Boris Qodunov.... Rus knyazlarının əksəriyyəti... Baskakovlar, Anna Axmatovanın nəsli və sairə...”

Yeri gəlmişkən, sujetdə əslən tatar olan admiral Pavel Naximovdan da bəhs olunur.  Krım müharibəsi (1853-56) zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən Pavel Naximovun adı Azərbaycanda da əbədiləşdirilib. Təbii ki, bu, sovet düşüncəsindən irəli gələn bir yanlışlıqdır. Türk qardaşlarımıza qarşı döyüşən şəxsin adının əbədiləşdirilməsi təbii ki, normal deyil. Belə ki, Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır. Tarixçi alim D.Əzimli də hesab edir ki, həmin küçənin adı dəyişməlidir. Çünki Naximov Krım uğrunda müharibədə Osmanlıya qarşı döyüşüb. “Onda artıq türklük yoxa çıxmışdı”.

 






Fikirlər