İcbari Sığorta Agentliyi Qubad İbadoğlunun sorğusunu CAVABLADI...
“Son zamanlar dövlət satınalmalarına büdcədən ayrılan vəsaitin çox hissəsi tibbi maşınlara və avadanlıqlara yönəldilir. Lakin, onlar barədə məlumatlar açıq informasiyalar olmasına baxmayaraq silahli qüvvələrin satınalmaları kimi məxfi saxlanılır. Bu da o deməkdir ki, korrupsiya həm canımızı alır, həm də pulumuzu”. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ekspert Qubad İbadoğlu sosial şəbəkədə paylaşıb. İqtisadçı qurumu məlumatları gizli saxlamaqda ittiham edib: “Agentlik respublikaya ümumilikdə 41 ədəd olmaqla, 39 ədəd yeni, müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobili və 2 ədəd Ambulans-Perinatal gətirib. Bu ilin sonunadək daha 41 ədəd təcili tibbi yardım avtomobilinin və 2 ədəd Ambulans-Perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub. Lakin bildirilmir ki, 1ədəd təcili tibbi yardım avtomobili və Ambulans-Perinatal neçəyə alınıb və bu əməliyyata hansı şirkət cəlb edilib. 2020-ci il buraxılışlı “Fiat” markalı “Doblo” modeli təcili tibbi yardım avtomobilinin birinin pərakəndə satış qiyməti 35,900 avrodur. Buyursun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlasın görən onlar neçəyə alıblar”. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Q. İbadoğlunun açıq sorğusuna cavab olaraq “Qafqazinfo”ya bildirilib ki, “Fiat” markalı “Doblo” modeli təcili tibbi yardım avtomobillərinin istehsalçısı “FCA Group”dur və avtomobillər Türkiyə Respublikasında istehsal olunublar. Avtomobillərin Azərbaycanda rəsmi dilleri Autouniversal MMC-dir. Təcili tibbi yardım avtomobilinin birinin alınmasına 60 min 770 manat (ƏDV daxil) məbləğində vəsait xərclənib. Avtomobillər aşağıdakı tibbi avadanlıqlarla təchiz ediliblər: 1. Ana xərək 2. Ana xərək matrası 3. Ana xərək xəstə kəməri 4. Ana xərək xəstə boyunluq kəməri 5. Ana xərək sistem asqısı 6. Ana xərək kilit sistemi 7. Ana xərək arxa rampası 8. Xəstə daşıma kreslosu 9. Portativ vakuum aspiratoru 10. Sabitlənmiş təzyiq ölçmə cihazı 11. İlk yardım tibb çantası 12. Oksigen balonu 10 lt 13. Oksigen vermək üçün borular və keçmələr 14. Oksigen balonu montaj bağlantıları 15. Oksigen ucluğu 16. Ventillyasiya oksigen bağlantısı 17. Oksigen tənzimləyicisi 18. Oksigen təzyiq ölçəni 19. Tavan sistem asqısı 20. Kardiomonitor Ambulans-Perinatalın birinin alınmasına 85 min 550 manat (ƏDV daxil) məbləğində vəsait xərclənib. Avtomobillər aşağıdakı tibbi avadanlıqlarla təchiz ediliblər: 1. Ana xərək 2. Ana xərək matrası 3. Ana xərək xəstə kəməri 4. Ana xərək xəstə boyunluq kəməri 5. Ana xərək sistem asqısı 6. Ana xərək kilit sistemi 7. Ana xərək arxa rampası 8. Xəstə daşıma kreslosu 9. Portativ vakuum aspiratoru 10. Sabitlənmiş təzyiq ölçmə cihazı 11. İlk yardım tibb çantası 12. Oksigen balonu 10 lt 13. Oksigen vermək üçün borular və keçmələr 14. Oksigen balonu montaj bağlantıları 15. Oksigen ucluğu 16. Ventillyasiya oksigen bağlantısı 17. Oksigen tənzimləyicisi 18. Oksigen təzyiq ölçəni 19. Tavan sistem asqısı, süni nəfəs cihazı 20. Küvez, küvez daşıma və sabitləmə aparatı 21. Kardiomonitor Bundan əlavə, Agentliyə Autouniversal MMC tərəfindən “Fiat Ducato” markalı minik avtomobili hədiyyə verilib. Bu ilin sonuna kimi 41 ədəd təcili tibbi yardım avtomobilinin və 2 ədəd Ambulans-Perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub. Son olaraq bildirilib ki, iqtisadçının qeyd etdiyi rəqəm (35,900 avro - 68,443 manat) saytdan götürülüb və orada ƏDV qeyd olunmayıb.