Rauf Arifoğlu: “Fəlakət qapıdadır, küçələrdə ölə bilərik” — VİDEO
“Koronavirusdan qorunmaq üçün aylardır, maarifləndirmə işləri həyata keçiririk. Vəziyyət təhlükəlidir, dünya çapında pisləşmə müşahidə olunmaqdadır. Azərbaycanda son ayda koronavirusa yoluxanların sayında artım var. Azərbaycan, Vətən təhlükədədir. Ölkədə karantin rejiminin yumşaldılması mənfi nəticə verdi...” Demokrat.az-ın xəbərinə görə, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. R.Arifoğlu qeyd edib ki, hökumət qabaqlayıcı tədbirlər həyata keçirir: “Çünki fəlakət gəlir, qapıdadır... Braziliya, İtaliya və başqa ölkələrdəki kimi küçələrdə ölə bilərik. Bunu anlamaq lazımdır. Bu məsələdə hakimiyyət orqanlarına qınayıram. Ona görə ki, fəlakətlə bağlı məlumatları cəmiyyətə çatdıra bilmirlər. Cəmiyyətdə kifayət qədər tanınmış şəxslər də koronavirusa yoluxub. “Virus yoxdur, göstər görüm kimi tutub?” yanaşması yanlışdır və bunun məsuliyyəti dövlət orqanlarının üzərinə düşür. Belə durum olmamalı idi. Bu cür düşünənlər özlərini, yaxınlarını, bütövlükdə təhlükəyə atırlar. Bu cür düşünənlərə qarşı polisdən və digər strukturlardan daha çox biz kəskin mövqe sərgiləməliyik. Hazırda tətbiq edilən məhdudiyyət haqlarımızı məhdudlaşdırmaq üçün deyil. Bu, virusun qarşısını almaq üçün atılan addımdır. Biz, sizi hər kəsi qorumaq üçün...”.