Ermənistanda planlaşdırılan mitinq nə vəd edir? - “Koçaryan Paşinyanı devirmək istəyir, amma...”

Ermənistanda planlaşdırılan mitinq nə vəd edir? - “Koçaryan Paşinyanı devirmək istəyir, amma...”

"Ermənistanın eks-prezidenti Robert Koçaryan fevralın 20-də mitinq keçirəcəyini elan edib. Bu mitinq Azərbaycana qarşı revanşizm və Qarabağla bağlı Paşinyana qarşı iddihamlara həsr olunacaq. R.Koçaryan "Qarabağ" kartından istifadəyə əl atmaqla hakimiyyətə gəlməyə çalışır. Qeyd edim ki, artıq Ermənistan əhalisi üçün Qarabağ gündəlikdən çıxıb və Koçaryanın revanşizm və Qarabağla bağlı açıqlamaları, Paşinyan əleyhinə mitinqi ermənilər üçün əhəmiyyətli deyil".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun sözlərinə görə, ermənilər bir daha Azərbaycanla müharibə etmək fikrində deyillər:

"Ermənistanda noyabrdan başlayaraq 17 siyasi partiyanın birləşdiyi "Vətənin xilası naminə" birlik Vazgen Manukyanın başçılığı ilə Paşinyana qarşı kütləvi şəkildə təsirli mitinqlər edə bilmədi. R.Koçaryan bunu bacaracağını və nüfuzunun olduğunu deyir. Amma, R.Koçaryan da Vazgen Manukyan kimi rasional və proqressiv bir vədlər vermir. Yalnız Qarabağ deyib durur. Ona görə də onun elan etdiyi mininqlər kütləvi olmayacaq və ermənilər üçün Koçaryan və Qarabağ səhifəsi bağlanıb. Onlar bir daha Azərbaycanla müharibəyə getmək fikrində deyillər".

"Hazırda N.Paşinyanın Ermənistanda alternativi yoxdur. R.Koçaryanın əsas hədəfi hərbi çevriliş etməkdir. Amma, ona münbit bir şərait yoxdur. Çünki Ermənistan əhalisi onun bu hərəkətini qəbul etməyəcək. İkinci variantla yalnız etirazlarla nəyəsə nail olmağa çalışır. Təbii ki, Koçaryanın hakimiyyəti Azərbaycanla vəziyyəti mürəkkəbləşdirə bilər..", - deyə politoloq sözlərini tamamlayıb.






Fikirlər