Siyasi partiyaların sədrləri Qarabağa GEDƏCƏK ...
Siyasi partiya rəhbərlərinin Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfəri nəzərdə tutulur. "AzerTaym.az" bildirir ki,bu barədə modern.az-a Milli Cəbhə Partiyasının rəhbəri, deputat Razi Nurullayev məlumat verib. Partiya sədri səfərə dəvətli olduğunu söyləyib. Siyasi partiya rəhbərlərinin Qarabağa səfəri martın 17-də gerçəkləşəcək. Səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir. “Səfərdə nə qərar qəbul ediləcək, hansı bəyanat olub-olmayacaq - bununla bağlı əvvəldən məlumat yoxdur. Yəqin ki, müvafiq şöbə səfər zamanı təkliflərini səsləndirəcək. Ümumilikdə isə səfərlə bağlı foto və videoları, informasiyaları sosial şəbəkələrdə rus, ingilis, Azərbaycan dillərində paylaşacağıq. Tərəfimizdən müəyyən fikirlər, açıqlamalar, bəyanatlar səsləndiriləcək. Səfərdən sonra Milli Cəbhə Partiyası olaraq bəyanatımızı dünya ictimaiyyətinə çatdıracağıq”, - R.Nurullayev deyib.