Əli İnsanovun partiyası dövlət qeydiyyatına ALINDI...
Azərbaycanda daha bir partiya - Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.
Pravda.az-ın məlumatına görə, bununla bağlı partiyanın sədri Əli İnsanov “Facebook” səhifəsində paylaşım edib.
Ə. İnsanov bildirib ki, 2021-ci il 21 oktyabr tarixində Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib.