““Rus ayısı”nı əhliləşdirmək və Putini ilk gülləni atmazdan əvvəl dayandırmaq lazımdır” - ŞƏRH
Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasının Rəyasət Heyətinin üzvü, amerikalı senator Rocer Uiker Co Baydeni “rus ayısı"nı əhliləşdirməyə” və “Putini ilk gülləni atmazdan əvvəl dayandırmağa” çağırıb. Bu gün Ukraynada Avropa, Amerika və bütün dünya üçün çox şey risk altına qoyulub, ona görə də Amerika prezidenti ABŞ-ın müttəfiqlərinin etimadını gücləndirmək və düşmənlərinin Amerikaya olan zəifləmiş hörmətini bərpa etmək üçün hər şey etməlidir. Moderator.az bildirir ki, senator bu barədə Amerikanın “National Review” jurnalındakı məqaləsində yazıb. Amerikalı senator hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Sovet İttifaqına olan bütün nostaljisinə baxmayaraq, Donbası ələ keçirməsi bir vaxtlar ağlasığmaz idi, lakin indi bu təhlükə qaçılmazdır və o, təkcə Ukraynanın deyil, həm də azad Avropanın başının üzərini alıb. Ukrayna və bütövlükdə regionun naminə Putin ilk gülləni atmazdan əvvəl dayandırılmalıdır və Co Bayden buna nail olmaq üçün bir neçə addım ata bilər. Senator davam edərək yazır ki, Bayden açıq şəkildə bildirməlidir ki, heç bir halda Ukrayna Rusiya tərəfindən işğal olunmayacaq. ABŞ prezidenti xəbərdarlıq etməlidir ki, bu işğal Rusiya üçün rusiyalıar arasında qəbuledilməz dərəcədə yüksək itkilərlə bağlı ağır yük qoyacaq, bu isə o deməkdir ki, ABŞ bütün variantları həyata keçirməli və heç bir güzəştə getməməlidir. Həmçinin ABŞ Ukraynanı müasir silahlarla, o cümlədən hava hücumundan müdafiə sistemləri və “Javelin” tank əleyhinə raket kompleksləri ilə təchiz etməlidir. Bu, Rusiya qoşunlarının müdaxiləyə başlamazdan əvvəl Rusiyanın Ukraynanın mövqelərini darmadağın etməsinin qarşısını alacaq, çünki Moskva indi bir meşə dolu ballistik raketlərlə silahlanıb və həm dənizdə, həm də havada üstünlüyə malikdir. Üçüncüsü, Rocer Uiker yazır, NATO Ukraynanın quru qoşunlarına əlavə qüvvə göndərməlidir: “Ukraynanın yüksək səviyyəli hərbi rəhbərləri açıq şəkildə bildirdilər ki, ukraynalılar sona qədər döyüşməyə hazır olsalar da, işğalı dəf etmək üçün Qərbin köməyinə ehtiyacı olacaq. Ukraynadakı NATO qoşunlarının sayının artırılması Putini müdaxilədən çəkindirə, eyni zamanda NATO-nun Avropa təhlükəsizliyinin dayağı kimi qalıcı dəyərini nümayiş etdirə bilər”. Yuxarıda sadaladıqlarına əlavə olaraq, o, Baydenə “Şimal axını-2” qaz kəməri ilə bağlı Rusiya rəsmilərinə, Putinə və onun yaxın ətrafına qarşı sanksiyalar tətbiq etməyi təklif edir. “Bununla belə, Bayden administrasiyası hələ də hər hansı bir aydın fəaliyyət kursuna riayət etməkdən imtina edir. Amerika prezidentinin əsas xətti videokonfranslar və daimi dialoq diplomatiyası olaraq qalır, lakin “belə sönük kurs heç vaxt “rus ayısı”nı ram etməyəcək”, - deyə məqalənin müəllifi təəssüfünü gizlətmir. “ABŞ-ın Ukraynanı müdafiə etməkdə zəiflik nümayiş etdirməsi qlobal səviyyəyə təsir edəcək. Bu, Rusiyanı Şərqi Avropada, Baltikyanı ölkələrdə və kosmosda təhlükəli davranışını davam etdirməyə sövq edəcək. Və bu, bizim əsas rəqibimiz olan Çinə Amerikanın qətiyyətini şübhə altına almağa və müttəfiqimiz Tayvanı daha böyük təhlükəyə məruz qoymağa əsas verəcək. Aydındır ki, Avropa, Amerika və dünya üçün Ukraynada risk altında olan çox şey var. Prezident Bayden müttəfiqlərimizin zəifləyən inamını və düşmənlərimizin itmiş hörmətini gücləndirmək üçün bu fürsətdən istifadə etməlidir", - deyə Rocer Uicker çağırış edir